Peyğəmbərin (s) yəhudi qonşusunun hidayəti
Mьəllif: admin1
Tarix: 22-01-2018, 20:47
Peyğəmbərin (s) yəhudi qonşusunun hidayəti
İslam dini sevgi və ülfət dinidir. İslam Peyğəmbəri (s) isə İlahi rəhmət kimi bütün bəşər üçün məbus olmuşdur. İslam dini məntiq və ağıla əsasən məhəbbət və sevgi üzərində qurulmuşdur. Dinimiz kobudluq və münasib olmayan rəftarlardan bezardır.

Qurani-Kərim Həzrət Peyğəmbərə (s) xitab edərək buyurur: “(Ya Muhəmməd!) Biz səni aləmdəkilər üçün yalnız bir rəhmət olaraq göndərmişik”. (“Ənbiya” 107).

Həzrət Peyğəmbərin (s) rəhmət kimi tanıtdığı din heç bir zaman kobud və sərt ola bilməz. Quran Peyğəmbərə (s) təvazökar olmağı əmr edir. “Öz təvazökarlıq qanadını möminlər(in üstün)ə sər”. (“Hicr” 88).

Başqa yerdə isə əfv etməyi və güzəşt etməyi əmr edir. “Əfv və güzəşt yolunu tut, yaxşı işlər görməyi əmr et və nadanlardan üz döndər”. (“Əraf” 199).

Tarixdə oxuyuruq ki, səhabələr Məkkə müşriklərinin bu qədər əziyyət və zülmündən sonra Həzrətə (s) deyirlər: “Ya Rəsulallah! Bu insanları nifrin et ki, onların şərrindən nicat tapaq”. Ancaq Həzrət (s) buyurur: “Mən nifrin etmək üçün göndərilməmişəm, rəhmət üçün göndərilmişəm”.

Həzrət Peyğəmbərin (s) həyat yolu bu idi – rəhmət. Həzrət (s) çox mehriban, mülayim və səbirli insan idi. Qonşusundan biri yəhudi idi və o, hər gün Həzrətin (s) başına kül tökərdi. Həzrət (s) də ona məhəl qoymaz və üst-başını çırpıb, yoluna davam edərdi. Bilirdi ki, əgər o, yolla getsə, yenə həmin iş başına gələcəkdir, ancaq Həzrət (s) yenə də yolunu dəyişdirmirdi. Bir gün həmin küçədən keçən zaman həmin kül tökən yəhudini görmür və təəccüblənir.

Gülümsəyərək öz-özünə deyir: “Bizim dostumuz bu gün gəlməyibdir”. Deyirlər ki, xəstədir. Həzrət (s) buyurur ki, gərək onun ziyarətinə gedək. Yəhudi başının üstündə Peyğəmbəri (s) görən zaman, ona səmimiyyət və sadiq sevgisini hiss edir. Sanki uzun illər onunla dost idi. Ürəyində olan bütün kini aradan gedir və sevgiyə çevrilir.

Bəli, İslam dini belə bir dindir. Rəhbəri də bu qədər təvazökar, mehriban və səbirlidir. Bu cür dini kobud bir din kimi necə tanıtmaq olar ki?!




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930