Cahil insanlarla necə rəftar edək?
Mьəllif: admin1
Tarix: 28-12-2022, 12:03
Cahil insanlarla necə rəftar edək?
Qurani-Kərim cahil və nadan insanlarla rəftarın müxtəlif yollarını tövsiyə etmişdir ki, onlarla tanış olaq.

Allah Təala Quranda buyurur: “Rəhman (olan Allah)ın (həqiqi) bəndələri yer (üzün)də sakit və təvazökarlıqla yol gedən və nadanlar (xoşagəlməz sözlərlə) onlara xitab edən zaman «salam» (xoş və yumşaq söz) deyən kəslərdir”. (“Furqan” 63).

Bu ayə ilə bağlı müxtəlif təfsirlər təqdim olunmuşdur. “Təfsir-nümunə” bu ayə ilə bağlı buyurur: “O zaman ki, cahillər onlara xitab edərlər, mübahisəyə başlayarlar, cavabında salam deyərlər. Bu salam, alicənablıqla bir yerdə olan laqeydliyin nişanəsidir, nəinki zəiflik əlamətidir.

Bu salam o deməkdir ki, yəni səninlə mübahisə etmək istəmirəm. Bu salam – dostluq və ülfət əlaməti deyildir. Əslində səbrin və alicənablığın əlamətidir”.

Bu ayə bizə cahilərin rəftarına səbir və alicənablıqla yanaşmağımızı tövsiyə edir. Bu rəftar sayəsində cahil öz səhvini başa düşüb, geri çəkilə bilər. Əgər əksinə, onların cahilliyini tənqid etsək və ya kobudluq etsək, ona heç bir təsir etməyəcəkdir. Hətta aqressiv reaksiyaya səbəb ola bilər.

Qurani-Kərimində başqa bir ayəsində buyurulur: “Yaxşı iş (gözəl əqidə, əməl və söz) ilə pis iş əsla bir deyil. (Buna görə də sənə yetişən pislikləri) ən gözəl üsulla dəf et. Onda səninlə arasında düşmənçilik olan şəxs birdən (elə dəyişər ki,)sanki yaxın dost və qohumdur”. (“Fussilət” 34).

“Təfsiri-nümunə”də bu ayənin izahında buyurulur: “Haqqın vasitəsilə batili dəf et və cahil ilə mülayimcəsinə rəftar et. Heç bir zaman pisliyə pisliklə cavab vermə. Bu yol intiqam alanların yoludur.

Bu işin (mülayim rəftarın) nəticəsi o olacaqdır ki, qatı düşmənlərin səmimi dostlarına çevriləcəkdir”.

Quranın başqa ayəsində buyurulur: “Əfv və güzəşt yolunu tut, yaxşı işlər görməyi əmr et və nadanlardan üz döndər(cihad hökmü gəlməyincə döyüşə başlama)”. (“Əraf” 199).

“Ənvari-diraxşan” təfsirində bu ayə haqqında buyurulur: “İman əhlinin sifətlərindən biri budur ki, nadan insanların nalayiq rəftarlarına diqqət etməzlər. Onları tənqid etməkdən çəkinərlər. O zaman ki, özlərini müdafiə etməyə məcbur olarlar, o zaman nadanların rəftarlarına cavab verərlər”.

“Təfsiri-nümunə”də bu ayə haqqında buyurulur: “Cahillərdən üz döndər və onlarla mübarizə aparma”.

Bu ayələrdən göründüyü kimi, dinimiz o qədər kamil və mehriban dindir ki, cahillərlə belə, mülayim rəftar etməyi tövsiyə edir. Buyurur ki, onların cahil əməllərinə diqqət etməyək və onlarla mübarizə aparmayaq. Əksinə, çalışaq onlara qarşı alicənab olaq və pisliklərini görməməzliyə vuraq.

Budur həqiqi din.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930