Ən kamil insanın ən üstün sifətləri
Mьəllif: admin1
Tarix: 6-09-2017, 16:52
Ən kamil insanın ən üstün sifətləri
Həzrət Peyğəmbərin (s) mübarək varlığı başdan-başa insani fəzilət və bəyənilən sifətlər örnəyidir. Allah Təala bu böyük şəxsiyyəti gözəl tərbiyə etmiş və onu yaşadığı mühitin bəlalarından qorumuşdur. Peyğəmbəri (ə) əxlaqın ən ali sifətlərinə bürümüş və onu Öz nurani kitabında bu sifətlərlə mədh etmişdir.
Quranın dili ilə Peyğəmbəri (s) tanıyaq:
1. Ən kamil insan və başqaları üçün örnək. “Şübhəsiz, Allaha və axirət gününə (qəlbdə və əməldə) ümid bəsləyən və Allahı çox zikr edənlər üçün Allah Rəsulunun rəftarında həyat örnəyi və nümunəsi vardır”. (“Əhzab” 21).
“Halbuki, bu (Peyğəmbər və bu Qur’an) aləmlərə öyüd-nəsihət vasitəsindən başqa bir şey deyildir”. (“Qələm” 52).
2. Təvazökarlıq. “Rəhman (olan Allah)ın (həqiqi) bəndələri yer (üzün)də sakit və təvazökarlıqla yol gedən və nadanlar (xoşagəlməz sözlərlə) onlara xitab edən zaman «salam» (xoş və yumşaq söz) deyən kəslərdir”. (“Furqan” 63).
“Gözlərini onların bəzilərini bəhrələndirdiyimiz şeylərə dikmə və onlara (iman gətirməyənlərə) görə qəmgin olma və öz təvazökarlıq qanadını möminlər(in üstün)ə sər”. (“Hicr” 88).
3. Məhəbbət və mehribanlıq. “Həqiqətən sizə (mələklərdən və cinlərdən deyil) özünüzdən olan bir peyğəmbər gəlib ki, sizin əziyyət və zərərə düşməyiniz ona ağırdır; o, sizi(n iman gətirməyinizi və kamala çatmağınızı) çox istəyir və möminlərə qarşı çox mərhəmətli və mehribandır”. (“Tövbə” 128).
“Beləliklə, Allah tərəfindən olan rəhmətin bərəkəti sayəsində onlarla (öz ümmətinlə) mülayim oldun və əgər qaba və daşürəkli olsaydın, onlar mütləq sənin ətrafından dağılışardılar”. (“Ali-İmran” 159).
4. Səbirli və kərəm sahibidir. “Buna görə də onların dediklərinə səbir et və günəş çıxandan və batandan qabaq Rəbbini, Ona sitayişlə birlikdə pak sifətlərlə mədh et (sübh, zöhr və əsr namazlarını qıl və ya digər zikrləri oxu)”. (“Taha” 130).
“Əfv və güzəşt yolunu tut, yaxşı işlər görməyi əmr et və nadanlardan üz döndər (cihad hökmü gəlməyincə döyüşə başlama)”. (“Əraf” 199).
“Yaxşı iş (gözəl əqidə, əməl və söz) ilə pis iş əsla bir deyil. (Buna görə də sənə yetişən pislikləri) ən gözəl üsulla dəf et. Onda səninlə arasında düşmənçilik olan şəxs birdən (elə dəyişər ki,) sanki yaxın dost və qohumdur”. (“Fussilət” 34).
5. Təqvalılıq. “Sınamaq üçün onların bəzi təbəqələrini bəhrələndirdiyimiz şeyə (var-dövlət, övlad və məqama) gözünü dikmə ki, onlar dünya həyatının çiçək və zinətləridir. Və Rəbbinin ruzisi (kitab və din) daha yaxşı və əbədidir”. (“Taha” 131).
Əgər Peyğəmbərin (s) həyatına nəzər salsaq, bu sifətlərin hər birinin bariz nümunələrini görmək olar. Axı o, bütün bəşərin ən üstün insanıdır. Bu ali insanı özümüzə örnək qərar verək və ondan həyat dərsləri alaq.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930