İsraf haqqında hədislər
Mьəllif: admin1
Tarix: 21-12-2018, 17:13
İsraf haqqında hədislər
İmam Əli (ə):«Biçarə israfçı! Öz nəfsinin islahından və əldən verdiklərinin yerini doldurmaqdan necə də uzaqdır.»

İmam Əli (ə):«İsraf puçluqdur, orta həddi gözləməksə sərvət gətirər.»İmam Əli (ə):«Malı nahaq yerə xərcləmək israf və zay etməkdir»

İmam Səccad (ə) (duada): «Ey Allahım! Məni israf etməkdən çəkindir, ruzimi tələf olmaqdan qoru, malıma bərəkət verməklə onu artır və onu xeyir işlərdə xərcləməyin yolunu mənə göstər.»

İsrafçının nişanəsi

Allahın Peyğəmbəri (s):«İsrafçının dörd nişanəsi var: batil işlərlə öyünər, ona aid olmayan şeyi yeyər, xeyirli işlərə meylsiz olar və ona xeyir verməyən şəxsi inkar edər.»

İshaq ibn Əmmar:«İmam Sadiqdən (ə) soruşdum:«Mö’minin on köynəyi ola bilərmi?» Həzrət buyurdu:«Bəli.» Ərz etdim:«İyirmi köynək necə?» Buyurdu:«Bəli. Bunlar israf deyil. İsraf çöl, bayır və qonaq paltarını ev və əlaltı paltarları etməkdir.»

İmam Əskəri (ə):«Həqiqətən, səxavətin həddi var. Əgər onu aşsalar israf olar.»

İsrafın ən az həddi

Allahın Peyğəmbəri (s):«Ürəyin istədiyi hər şeyi yemək israfdır.»

İmam Sadiq (ə):«İsrafın ən az həddi qabın dibində qalan suyu, ya yeməyi atmaq, həmçinin bayır paltarını ev və əlaltı paltarına çevirmək və (xurma və meyvələrdəki) çəyirdəyi tullamaqdır.»[3297]

İsraf sayılmayan şey

Allahın Peyğəmbəri (s):«İsrafda bir xeyir gizlənməmişdir və xeyir işlərdə israf yoxdur.»[3298]

İmam Sadiq (ə):«Bədəni sağlam saxlayan şeydə israf yoxdur… əslində israf malı tələf edən və bədənə ziyan verən şeylərdir.»

«Biharul-Ənvar»:«İmam Kazimdən (ə) soruşurlar:«On köynəyə sahib olmaq israfdırmı?» Buyurur:«Xeyr. Əksinə, çox köynəyə sahib olmaq köynəklərin ömrünü uzadar. İsraf çöl paltarını çirkli yerə geyməkdir.»
(islamazeri)

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930