Quranı qızıl üzərinə yazmaq israf işdirmi?
Mьəllif: admin1
Tarix: 14-04-2017, 14:59
Quranı qızıl üzərinə yazmaq israf işdirmi?
Ayətullah Məkarim Şirazinin iştirakı ilə açılış mərasimi keçirilən dünyanın ən böyük qızılı Quranının yazılması üçün xərclənən vəsaitə bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən etirazlar edilib.
İslaminSesi.info Beynəlxalq Quran Xəbər Agentliyinə (İQNA) istinadla xəbər verir ki, müctəhid Ayətullah Məkarim Şirazinin iştirakı ilə açılış mərasimi keçirilən dünyanın ən böyük qızılı Quranının yazılması üçün xərclənən maddi vəsaitə görə bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən etirazlar edilib və bu barədə müctəhidin dəftərxanasına sual ünvanlanıb.

Ayətullah Məkarim Şirazinin dəftərxanasının ümumi əlaqələr şöbəsi bu dəftərxananın rəsmi informasiya blokunda bu məsələnin açıqlayan sual- cavab mətni yayıb ki, müqəllidlərin (təqlidçilər) sualı və onlara verilən cavabı oxucularımıza təqdim edirik.

Sual:

Əziz təqlid mərcəsi Həzrət Ayətullah Üzma Məkarim Şirazi cənablarına

Yazıb sizə bildirir ki, zati alinizin dünyanın ən böyük "mütəlla" (qızıl ilə yazılmış) Quran nüsxəsinin açılış mərasimində iştirakınızdan sonra sosial şəbəkə istifadəçiləri buna reaksiya göstərmiş və bu şübhə zenlərində yaranmışdır ki, "bu qədər böyük məbləğdə maddi vəsaiti bir qızılı Quran yazmaq yerinə olmazdı ki, həmin maddi vəsaiti daha mühüm yerlərə, məsələn yetimlərə, kasıblara və möhtaclara xərcləyərdilər?" Buna görə də xahiş edirik ki, zehnlərdə yaranmış bu şübhəni ortadan götürmək üçün sualımızı cavablandırasınız.

Cavab:

"Bütün əzizlərin rəy, nəzər və fikirlərinə hörmət və sayqı ilə yanaşır və lazım bilirik ki, sizin qafil olduğunuz və diqqət etmədiyiniz bir məsələni sizin üçün izah edək və o da budur ki, bu cür böyük, dəyərli, analoqsuz və fövqəladə əsərlər dünyanın müxtəlif yerlərindən olan xeyriyyəçilər tərəfindən öz maya dəyərindən çox baha qiymətə alınır. O cümlədən də bu Quran nüsxəsi elə açılış mərasimində artıq müsəlman ölkələrindən birinin xeyriyyəçiləri tərəfindən çox baha qiymətə alınmışdı və bu pul sizin dediyiniz kimi mütləq xeyriyyə işləri, o cümlədən yetimlər, kimsəsiz qocalar və kasıblar üçün xərclənəcəkdir.

Buna görə bu mübarək və nəfis Quran nüsxəsinin yazılması ilə bir neçə mühüm hədəfə çatmış oluruq. Həm Quran- Kərimi əsirlər boyu müxtəlif kitabət və yazı növləri ilə bizə çatdığı kimi biz də qədim ənənəyə sadiq qalıb günümüzün incəsənət növünə uyğun olaraq yazıb gələcək nəsillərə ötürürük. Həm də dövrümüz üçün misilsiz bir milli və dini incəsənət əsəri yaratmış oluruq. Həmçinin yetim və fəqirlər üçün bir gəlir mənbəyi yaratmış oluruq.

Ümid edirik ki, bu izah bütün əzizləri qane edəcəkdir."

Qeyd edək ki, 13 rəcəb İmam Əlinin viladəti günündə dünyanın ən böyük qızıl Quranı nümayiş etdirilmişdi.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930