İslam dinində hamama getməyin ədəb qaydaları
Mьəllif: admin1
Tarix: 27-11-2022, 10:10
İslam dinində hamama getməyin ədəb qaydaları
Bədənin gigeyenası İslam dininin əhəmiyyət verdiyi ən mühüm mövzulardandır. İslam dininin təmizlik və paklıq ilə sıx əlaqəsi vardır.

Məsum İmamlarımız (ə) bizə bu sahədə tövsiyələr vermiş və salamatlığımıza ziyan dəyməməsi üçün bizə yollar göstərmişdilər. İmam Rza (ə) təmizlik və paklığın yollarından birini hamama getməkdə görür və onun ədəb qaydaları ilə bizi tanış edir.

Əziz İmam (ə) buyurur: “Hamamın çoxlu faydaları vardır. İnsan məzacını mötədil edər, çirki və və pisliyi aradan aparar. Bədəndə olan kiçik və böyük damarları yumşaldar. Əzaları gücləndirər. Bədən artıqlarını məhv edər. Üfunəti aradan aparar”.

Həzrət İmam Rza (ə) başqa yerdə buyurur: “Hər kim istəyirsə dərisində sızaq olmasın, isti suya girməzdən əvvəl bədəninə bənövşə yağı yaxsın”.

İmam Rza (ə) buyurur: “Nə zaman hamama getmək istəsən və başında narahatlığın olmasını istəmirsənsə, hamama girməzdən əvvəl beş qurtum isti su iç. Bunun sayəsində Allahın izni ilə baş ağrısından amanda olacaqsan”.

İmam Əli (ə) hamamı yaxşı ev adlandırmış və buyurmuşdur ki, insan orada cəhənnəmi xatırlayar və çirki özündən uzaqlaşdırar.

İmam Kazım (ə) buyurur: “Hər gün hamama getmək böyrək piyini suya çevirər”. (Ona görə də Həzrət hər gün hamama getməyi tövsiyə etməmişdir).

İmam Sadiq (ə) buyurur: “Hamamdan çıxan zaman ayaqlarınızı yuyun ki, baş ağrısını aradan aparar. Çıxan zaman əmmamə qoyun”. (Yəni, başınızı bağlayın).

Həzrət İmam Sadiq (ə) başqa yerdə buyurur: “Yağ dərini yumşaq və ağlı çox edər. Bədənin su yollarını paklayar və bədənin çirkini aradan aparar. Bədən dərisinin rəngini açar”.

İslam dininin hamama getməklə bağlı ədəb qaydaları vardır ki, onlarla tanış olaq:

1. Bir gündən bir hamama getmək, hər gün deyil.

2. Xüsusi zikri oxumaq.

3. Girən zaman isti suyu ilk olaraq başa və ayaqlara tökmək.

4. Hamama girməzdən əvvəl isti su içmək.

5. Hamamda soyuq su içməmək.

6. Soyuq su ilə çimməmək.

7. Hamamdan çıxan zaman ayaqlara soyuq su tökmək.

8. Hamamda saçları daramamaq və misvak etməmək.

9. Hamama ac halda girməmək.

10. Qarnı dolu halda da girməmək.

11. Oruc olan halda hamama getməmək.

12. Bədəndəki artıq tükləri təmizləmək.

13. Başı xətmi və sidr gülü ilə yumaq.

14. Hamamdan çıxan zaman başı bağlamaq.

15. Hamamda Quran oxumamaq.

16. Bədənə yağ çəkmək.

17. Hamamdan sonra iki rükət müstəhəb namaz qılmaq tövsiyə olunur.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930