Ayətullah Mərəşi Nəcəfinin qeybi agahlıqla hidayət etdiyi məmur
Mьəllif: admin1
Tarix: 5-02-2018, 14:25
Ayətullah Mərəşi Nəcəfinin qeybi agahlıqla hidayət etdiyi məmur
Şahın dövründə məmurlardan biri istefa edir və azad peşə ilə məşğul olmağa başlayır. Ondan bu işinin səbəbini soruşurlar və o, deyir: “Ayətullah Mərəşi Nəcəfinin bəsirəti bu işə səbəb olmuşdur”.

Soruşdum: “Məsələ necə olub?”.

Dedi: “Mən hər axşam saat 12-dən səhər saat 8-ə qədər Qumun Ərəm küçəsində məmur idim. Namaz üçün hamama getmək ehtiyacım yarandı və yanımda pulum yox idi.

Təxminən saat 2 idi və İsfahandan bir avtobus gəlib çatdı. Hərəmin qarşısında dayandı və hamı avtobusdan düşdülər.

Mən getdim və dedim: “Niyə burada saxlamısan, vəsiqəni göstər”.

Sürücü əlimə beş tümən qoydu. Düşündüm ki, hamam pulum düzəldi.

Səhər çağını gözləyirdim və həmişəki kimi, Ayətullah Mərəşi Nəcəfini gördüm ki, hərəmə tərəf gedir.

Ancaq o gecə yolunu dəyişdirdi və mənə tərəf gəldi. Mənə çatan kimi salam verib buyurdu: “Qabağa gəl!”.

Mənə beş tümən verdi və dedi: “Bu pulla hamama get, o (səndə olan) pulla hamama getmək olmaz”.
Dedim: “Baş üstə!”.

O gündən bəri qərara aldım ki, məmurluqdan istefa verim və azad işlə məşğul olum.

İndi Allaha şükür, vəziyyətim yaxşıdır. Həcc ziyarətinə də getmişəm. Ayətullah Nəcəfi özü məni görməyə gəlmişdi”.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930