Sağlam olmaq üçün Əhli-beytdən (ə) tövsiyələr
Mьəllif: admin1
Tarix: 25-03-2018, 10:02
Sağlam olmaq üçün Əhli-beytdən (ə) tövsiyələr
Xəstəliklərin bir çox amilləri vardır. Ayətullah Cavad Amuli bu amilləri iki hissəyə bölmüşdür: maddi və qeyri-maddi.

Burada maddi amillərə toxunaq.

Həzrət Peyğəmbər (s) buyurur: “Ey Əli! 9 şey yaddaşsızlıq mənbəyidir. Turş alma yemək, keşniş, pendir, siçanın dişlədiyini yemək, qəbirlərin üzərindəki yazıları oxumaq, iki qadının arasında yol getmək...”.

Həmçinin buyurur: “Suyu içən zaman soraraq için. Bir dəfəyə başınıza çəkməyin. Çünki böyrəklərin narahatlıq mənbəyi olar”.

Həzrət Peyğəmbər (s) buyurur: “Günəş altında əyləşməkdən çəkinin, Çünki paltarı cürüdər, bədəni pis iyli edər və gizli xəstəlikləri aşkar edər”.

Həzrətin burada buyurduğu günəş vurmasıdır. Yəni, günəş şüasının insana ziyan vurduğu zaman və məkanlara aiddir.

İmam Əli (ə) buyurur: “O kəs ki, müxtəlif yemək istəklərini qəlbinə əkər, müxtəlif dərdlər meyvəsini toplayar. Həyatı yemək üçün istəmə, yeməyi həyat üçün istə”.

Həmçinin buyurur: “Nə zaman ət alsan, onun vəzilərini çıxardın”.

İmam Sadiq (ə) buyurur: “Duzlanmış və günəşdə qurudulmuş əti yemək bədəni məhv edər”. Həmçinin onu tez qocalmanın amili kimi tanıtmışdır.

Həzrət (ə) həmçinin buyurur: “Üç şey bədəni əldən salar, hətta çox vaxt ölümünə səbəb olar. Dolu qarınla hamama daxil olmaq...”.

Həmçinin nəql edilir: “Hər kim yeməyi çox yeyərsə, bədəni xəstə olar və qəlbi daşlaşar”.

İmam Sadiq (ə) buyurur: “Üç şeyi davamlı yemək insanı arıqladar: yumurta, balıq və xurma qönçəsi”.

İmam Sadiq (ə) buyurur: “Hamamda saçları daramaq saçları zəif edər”.

İmam Rza (ə) buyurur: “O kəs ki, mədəsindən azar görmək istəmirsə, yeməyin üstündən su içməsin. Hər kim belə edərsə, bədəni rütubətli və mədəsi zəif olar”.

Həmçinin Həzrət (ə) buyurur: “Yumurtanı balıq ilə yemək diş ağrısı, qulunc, podaqra xəstəliyi gətirər”.

İmam Rza (ə) yenə buyurur: “Əti bişməmiş yemək qarında qurd yaradar”.




(Deyerler.org)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930