Quran ayələrinin mənasını başa düşmədiyimiz halda onu oxumağın hansı təsir və faydaları vardır?
Mьəllif: admin1
Tarix: 27-11-2022, 10:15
Quran ayələrinin mənasını başa düşmədiyimiz halda onu oxumağın hansı təsir və faydaları vardır?
Əgər Qurani-kərimi tilavət etməyin əhəmiyyət və fəziləti bizim üçün aydın olsa və bilsək ki, Quranı tilavət etmək Allahın insanla danışmasıdır, batini paklıqla Quranla ünsiyyət yaratmaqla onu tilavət etməyi dadarıq, Quranla öz aramızda uzaqlıq yaranmasına, heç vaxt onun böyük feyzindən məhrum olmağımıza razı olmarıq.

Subhan Allah Rəsuli-əkrəmi (s) birbaşa Öz himayədarlığı altında tanıtmışdır və Peyğəmbərinin (s) dilindən buyurmuşdur:

«إِنَّ وَلِيِّيَ اللَّهُ الَّذِي نَزَّلَ الْكِتَابَ ۖ وَهُوَ يَتَوَلَّى الصَّالِحِينَ»

“Şübhəsiz ki, mənim himayədarım Kitabı (Quranı) nazil edən Allahdır. O, əməlisalehlərə himayədarlıq edər.” (“Əraf” surəsi, ayə 196)

Bu ayə bir neçə mövzunu açıqlayır:

1. Allah, Rəsuli-əkrəmin (s) himayədarıdır.

2. Rəsuli-əkrəmin (s) himayədarı Quranı nazil etmişdir.

3. Allah əməlisalehlərin himayədarıdır.

Bu üç məsələyə diqqət etməklə aydın olur ki, əməlisaleh olduqda Allah insana himayədar olur. İnsan əməlisaleh olmayınca, Allahın himayəsi altında olmaz və Allah ona himayədar olmağı qəbul etməz. Əməlisaleh olmaq üçün isə ən yaxşı yol Quranla ünsiyyət yaratmaqdır.

“Şübhəsiz ki, mənim himayədarım Kitabı (Quranı) nazil edən Allahdır” cümləsi hökmün vəsfə bağlantısıdır və illətə işarədir.

Yəni hər kim Qurana əməl etsə, əməlisaleh olar; əgər Allah bir kəsə himayədar olmaq istəsə, Qurani-kərim vasitəsilə ona himayədarlıq və tədbir etməyi öhdəsinə alır. Ona görə də buyurur:

«فَاقْرَءُوا مَا تَيَسَّرَ مِنَ الْقُرْآنِ»

Qurandan sizə müyəssər olanı (asan gələni) oxuyun. (“Muzzəmmil” surəsi, ayə 20)

Qurandan sizə asan gələn miqdarını tilavət edin, Allahın bu Kitabı ilə mənus olun. Hətta əgər bəzi ayələrin və surələrin mənasını başa düşmürsünüzsə, yenə də Quran oxuyun və onunla üns bağlayın.

Çünki Quran insan sözü deyildir ki, əgər kimsə onun mənası bilməsə, onu oxumağın həmin şəxsə faydası olmasın. Quran ilahi bir nurdur ki, onu oxumaq ibadətdir, baxmayaraq ki, onun mənasını bilmir.

Ayətullah əl-üzma Cavadi Amuli


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031