Quran – aydın nəsihət və ibrətdir. Onu düşünərək, dərk edərək oxumaq lazımdır
Mьəllif: admin1
Tarix: 5-02-2016, 20:51
Quran – aydın nəsihət və ibrətdir. Onu düşünərək, dərk edərək oxumaq lazımdır

Hədislərdə oxuyuruq: “Hər kim Quran tilavət edər və ona əməl etməz – Quran onu lənətləyər”.
Bu hədisin mənası o deyildir ki, Quranı əməl etmədən oxumaq günahdır. Bu hədisin məqsədi odur ki, Quranı onun mənasına diqqət etmədən də oxumaq olar. Onun da savabı və mükafatı vardır. Ancaq əgər səadət yolunu tapmaq və bu yolda irəliləmək istəyiriksə, gərək oxuduğumuz Quran ayələrinin mənalarına diqqət edək və onun haqqında təfəkkür edək. Əgər dərk etsək, o zaman ona əməl edəcəyik.

Qurani-Kərim sonsuz bir okeandır ki, İlahi maarifdən və dindən təşkil edilmişdir. Əgər ona diqqət edilsə, o zaman əməl də edilər. Hər bir müsəlman qadın və kişi gərək Quranı oxusun və onun haqqında düşünsün. Özünü Qurana yaxınlaşdırsın və aralarında sıx rabitə olsun. Əməl etməmək bəhanəsi ilə özünüzü Qurandan məhrum etməyin. Quran – insan tərbiyə edən bir kitabdır. Allahın kəlamları insanı təkamülə aparar və ona əməl etmək – dünya və axirətdə qalib olmaq deməkdir.

Qurani-Kərim özü haqqında buyurur: “Belə isə məgər onlar bu Qur’an barəsində düşünmürlər, yoxsa ürəklər(in)ə onun (inadkarlıq, daşürəklilik və bədbəxtlik) qıfılları vurulmuşdur?”. (“Muhəmməd (s)” 24).

“(Bu Qur’an,) ayələrində düşünüb arxasınca getmələri (və onda olan dərin maarifi əldə etmələri) və (əsil) ağıl sahiblərinin ibrət götürmələri üçün sənə nazil etdiyimiz xeyir dolu və mübarək bir kitabdır”. (“Sad” 29).

Əmirəl-möminin (ə) buyurur: “Bilin ki, Qurani-Kərim əgər təfəkkür edilərək oxunmazsa, xeyir yoxdur, bilin ki, o ibadət ki, düşünərək olmazsa, xeyir yoxdur”.

Həzrət Əli (ə) başqa yerdə buyurur: “Quran ayələrində təfəkkür edib və ondan ibrət öyrənin. Çünki Quran – aydın nəsihət və ibrətdir”.

Həzrət Peyğəmbər (s) Quran oxumaq haqqında buyurur: “Qurana üz çevirin. Çünki Quran – faydalı şəfa verən və nicat verən dərmandır. Hər kim Qurana söykənərsə, amanda qalar və hər kim onun ardıcılı olarsa, nicat tapar. Heç bir zaman haqq yolundan azmaz və heç bir zaman yolundan azdırmaz. Quranın möcüzələri sonsuzdur və onunla çoxlu söhbət etməklə xarab olmaz”.

Həzrət Peyğəmbər (s) buyurur: “Quran – Qiyamət günü Sübhan Allahın ilk qonağıdır”.

Həzrət Rəsuli-Əkrəm (ə) buyurur: “Quran – nicat verən kitab və səadətli həyatı təmin edəndir”.

Həzrət Əli (ə) buyurur: “Quran – mərifətin sonsuz dənizidir”.

İmam Əli (ə) buyurur: “Quran – ürəklərin xürrəmlik və bahar mənbəyidir”.

Beləliklə deyə bilərik ki, hər bir müsəlman ilk dərəcədə Quranı oxumağa və onunla yaxın olmağa cəhd etməlidir. Oxuyan zaman məqsədi bu olmalıdır ki, bu insan tərbiyə edən məktəbdən dərslər alsın. Eyni zamanda bu ayələr haqqında düşünsün və ona əməl etsin.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031