Zaman gələcək, insanlar bir-birini əfv etməyəcək!
Mьəllif: admin1
Tarix: 31-08-2018, 11:35
Zaman gələcək, insanlar bir-birini əfv etməyəcək!
Bir-birinə güzəşt etməyəcək. Ailələr var ki, ən xırda məsələni aylarla müzakirə edirlər problemlərini neçə qat artırırlar. Toplumlar da həmçinin bir problemi o qədər dartışırlar ki, sonda aralarında kin-küdürət əmələ gəlir ixtilaflar daha da dərinləşir.

İmam Sadiq (ə) buyurur: "Mömin mömin olmaz, bir sifəti İmamdan (ə), birini Peyğəmbərdən (s), birini də Allahdan öyrənməsə".

Peyğəmbərdən (s) öyrənəcəyimiz sifət gözəl əxlaq və güzəştdir. Gərək Peyğəmbərin (s) həyatına baxaq görək insanları necə bağışlayırdı. Yəmamə tayfasının böyüyü Səmamət ibn Usal Peyğəmbərlə (s) düşmənçilik edirdi, deyirdi əlimə harada fürsət düşsə səni öldürəcəm.

Peyğəmbər (s) əlini göyə qaldırıb dua etdi: İlahi, məni buna müsəllət eylə! Onu mənə müsəllət eyləmə!

Yazırlar ki, 40 gün keçmədi ki, kafirlərlə müharibə oldu, həmin şəxs müsəlmanlara əsir düşdü, onu gətirib Peyğəmbər (s) məscidinin dirəyinə bağladılar. Müsəlmanlar Peyğəmbərə (s) xəbər göndərib, O Həzrəti (s) məscidə çağırdılar. Peyğəmbər (s) məscidə gəlib namazını qıldıqdan sonra, həmin şəxsin yanında dayandı:

-Səninlə üç cür rəftar edə bilərəm.

1. Sən kafirsən, müsəlmanlarla döyüşərək əsir düşübsən. Buna görə də bizim haqqımız var səni öldürək.

2. Səni öz tayfana qaytarıb, əvəzində külli miqdarda bəxşiş ala bilərik.

3. Səni Allah xatirinə bağışlaya bilərik.

Həmin şəxs başını aşağı dikərək, xəcalətlə O Həzrətdən (s) öz bağışlanmağını xahiş etdi. Peyğəmbər də (s) Allah yolunda azad etdi. Həmin şəxs evinə gedib libasını dəyişərək təzə paltar geyib yenidən Peyğəmbərin (s) xidmətinə gələrək, kəlimeyi-şəhadət dedi. Peyğəmbərin (s) bu gözəl davranışı daha bir insanın hidayətinə səbəb oldu.

İmamcümə hacı Rasim Məmmədovun cümə xütbələrindən...

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930