Peyğəmbərdən (s) Əbuzərə hər kəs üçün faydalı olacaq mühüm bir tövsiyə
Mьəllif: admin1
Tarix: 30-07-2018, 19:38
Peyğəmbərdən (s) Əbuzərə hər kəs üçün faydalı olacaq mühüm bir tövsiyə
Əziz İslam peyğəmbərinin (s) həyatı, yaşayışı, sözü bütünlüklə nümunə və meyardır. Hər kəs istər dünya rahatçılığı və axirət nicatı istəyirsə Peyğəmbər (s) həyatını özünə ülgü seçməsi kifayət edir:

“Allahın Elçisi sizlərə – Allaha və Axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir” (Əhzab-21)

Həzrət peyğəmbər (s) buyurub: “Xoş o kəsin halına ki, İslamı özünə meyar bilib və məişətinə kifayət edəcək miqdarda ruzisi vardır, o da buna qanedir”.

Peyğəmbər (s) hədisdə 3 mətləbə işarə edib: Həyatını İslami göstərişlərə əsasən qurmaq, gündəlik məişətin təmin olunmasının əhəmiyyəti və əlində olana qane olub Allahın sənə verdiyinə narazılıq etməmək.

Əlində olana razı olmub şükr etmək heç də tənbəllik və süstlük mənasında deyil. Əksinə bu bir düşüncədir ki, Allahın ona bəxş etdiklərinə şükr etmək mənasındadır.

İnsan əlində olanana şükr etməklə daha pisindən Allah sığınır. Yaxud əlinə olanı dəyərləndirdikdə heç olmayanları, daha ağır vəziyyətə olanları görə bilir.

Əlində olanı dəyərləndirmədikdə isə insanın gözü yalnız özündə yaxşı vəziyyətdə olanları görər. Daha ağır və çətinlikdə olanları isə görməz. Bu da onun insanlığını və mərhəmətini aradan aparar.

Həzrət Peyğəmbər (s) əlində olana şükür etmək, nemətin qədirini bilmək, özündən də pis vəziyyətdə olanların halını görməməzlikdən gəlməmək üçün Əbuzərrə (r) qısa və hər zamanda keçərli olan tarixi tövsiyəsini edir:

“Özündən aşağıda olanlara bax, özündən yuxarıda olanlara baxma!”

Həzrət peyğəmbər (s) bu hədisi ilə tövsiyə edir ki, yaşayışınızda, dolanışığınızda özünüzdən də ağır vəziyyətə olanlara baxıb, əlinizdə olana şükr edin, əlinizdə olanlın dəyərini bilin. Gözünün yuxarılarda olmasın. Bu, insanın şükranlıq halını aradan aparır. İnsanda həsəd və paxıllıq hissi oyadır.

Bu o demək deyil ki, insan inkişaf haqqında düşünməsin. Yaxud həyatını yaxşılaşdırmaq üçün səy etməsin. Əksinə peyğəmbər (s) bu dəyərli kəlamı ilə insanlarda nemətə qarşı düzgün baxışın formalaşmasını istəyir, nəinki insanların fəqir halda yaşamalarını.


(İslaminSesi)
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031