Allah düşmənlərinin əlində olan var-dövlətlə bağlı möminlərə tövsiyə
Mьəllif: admin1
Tarix: 29-09-2016, 12:26
Allah düşmənlərinin əlində olan var-dövlətlə bağlı möminlərə tövsiyə
Qurani-Kərim Allah bəndəsi ilə günahkarın maddi imkanları arasında olan fərqin səbəbini necə izah edir?
Bu ayənin əmri o qədər mühüm idi ki, o nazil olan kimi Peyğəmbər səhabələrə onu möminlər arasından yaymağa və oxumağa çağırdı.

İslaminSesi – Bu həqiqətdir ki, dünyada iqtisadi, hərbi və sair mühüm imkanlar islam dünyasından deyil, Qərb dünyasındadır. Elə müsəlman cəmiyyətlərində belə bir möminin əlində olan imkanlarla Allaha bəndəçilik etməyən insanın əlində olan imkanları müqayisə etdikdə fərqi rahat şəkildə görmək olar. Möminlər adətən əhalinin orta və kasıb təbəqəsini təşkil etdiyi halda, rifah imkanları adətən Allaha bəndəçilik etməyən bəzi varlıların əlində olur.

Bu nə ilə bağlıdır sualına Qurani-Kərimlə cavab vermək olar:

Quranda buyurulur ki, (Ələq -4-5) “Xeyr, insan azğınlıq edər, Özünün dövlətli olduğunu gördüyü üçün” .

Bu istisnası az olan ümumi bir qaydadır ki, insan ehtiyacsız olanda imkanı artanda günah imkanları da çoxlalır. Əksinə insan maddi imkanları az olanda daha çox Allaha sığınır.

Quranda buyurulur ki Allah onların günah içində batsınlar deyə onlara əlavə artıq imkanlar verib, onları unudar.

Günahkarlar, kafirlər və müşriklərin əlində olan imkanlarla bağlı möminlərə Qurani-Kərimdə tövsiyyə edilir.

İmam Rza (ə) buyurur: Cəbrail (ə) Peyğəmbərə (s) nazil olaraq dedi: Ey Allahın Rəsulu! Allah sənə salam yetirir və sənə buyurur:

“Oxu! Bağışlayan və Mehriban Allahın adı ilə. Bəzi zümrələri sınamaq üçün onlara dünya həyatının zinəti olaraq verdiyimiz mal-dövlətə rəğbət gözü ilə baxma! Rəbbinin ruzisi həm daha xeyirli, həm də daha baqidir (əbədidir).” (“Taha” surəsi, ayə 131)

Bu ayə nazil olduqdan sonra Peyğəmbər (s) səhabələrdən birinə buyurdu ki, bu xəbəri hər yerə yaysın: Hər kəs (bu ayəyə əməl etməklə) özünü Allahın ədəbi ilə zinətləndirməsə, ruhu həsrətlə dünyadan ayrılar.

Mənbə: “Fiqhur-Rza”, səh. 364.
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031