İmam Həsəndən (ə) mənəviyyatı qoruyan mühüm nəsihət
Mьəllif: admin1
Tarix: 5-01-2018, 20:36
İmam Həsəndən (ə) mənəviyyatı qoruyan mühüm nəsihət
Bəzən hədis, yaxud digər dini mətnlərdə, məsumların (ə) kəlmələrində insanın “həlakı” ifadələrinə rast gəlirk. İlkin baxışda insanın zehninə öıüm anlayışı gəlir. Lakin mənalara diqqət etdikdə bunun heç də belə olmadığını görürük.

İnsan üçün ölüm anlayışı təkcə onun cismi ilə bağlı deyil. Çünki insanın yeganə canlıdır ki, mənəviyyat sahıbıdir. Onu insan edən də sahib olduğu bu mənəvi dəyərləridir. Bəzən özümüz də bilərəkdən, yaxud da bilməyərəkdən biri barəsində “o insan deyil”, yaxud “mən insana yaraşmayan bir iş gördüm” ifadələrini işlədirik. Bu da insanlığın maddi deyil, mənəvi dəyərlərlə ölçülməsinin bir göstəricisidir.

Necəki Allah Təala Quranda “onların gözü var görməz, qulaqları var eşitməzlər” deyə buyurur (Əraf-179). Bu misallar da insanın iki cür diriliyə sahib olmasına işarədir.

İmam Həsəndən (ə) nəql olunmuş bir hədisdə buyurulur:

İnsanın həlakı 3 şeydədir:

Kibr- özünü böyük, digərlərini aşağı görmək.

Hərislik- mal və sərvət üçün tamahın son həddi.

Həsəd- başqalarının əlində olana həsəd, paxıllığ və başqasının əlində olanın əlindən çıxmasını istəmək.

Həqiqətən bu xislətlər insanı yeyib bitirir. Onun bütün insanlığını və mənəviyyatını məhv edir. Bu xəstəliklərin ilkin mərhələsi ancaq insanın özünə zərər verir. Lakin getdikcə şiddətlənən bu xəstəliklər ətrafa da zərər saçmağa başlayır və digərləri də bundan ziyan çəkir. Belə olan halda həmin insanın halı ölümdən də betər olan həlakət və məhv kimi dəyərləndirilir.

Yaşar Nuriyev
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031