İki günahkar ölünü dirildən İmam Həsən (ə)
Mьəllif: admin1
Tarix: 28-07-2018, 17:11
İki günahkar ölünü dirildən İmam Həsən (ə)
Bir gün bir nəfər İmam Həsən Müctəbanın (ə) yanına gəlir və deyir: “Hansı şey Həzrət Musanı (ə) Həzrət Xızrın (ə) qarşısında aciz və gücsüz etmişdir?”.

İmam (ə) buyurur: “Ən mühüm məsələ - o iki yetim qardaşın xəzinəsi idi”.

Həzrət (ə) sonra əlini həmin şəxsin çiyninə qoyub, buyurdu: “Sakit surətdə və yaxşı, diqqətlə müşahidə et”.

Yerdə yarıq əmələ gəldi və yer açıldı. Oradan taxta üzərində olan toz-torpağa batmış iki insan çıxdı. Onlardan çox ikrah doğuran iylər gəlirdi. Hər birinin boynunda zəncir var idi. Hər bir zəncirin ucu bir məmurun əlində idi.

O ikisi də fəryad çəkdilər: “Ya Muhəmməd (s)! Ya Muhəmməd (s)!”.

Hər bir məmur öz əsirinə deyirdi: “Yalan deyirsən! Yalan deyirsən!”.

Sonra İmam Həsən Müctəba (ə) torpağa xitab edib buyurdu: “Ey torpaq! Bu iki yalançını öz içinə apar o günə qədər ki, Allahın vəd etdiyi gün gələcəkdir və onun vaxtı heç bir zaman təxirə düşməyəcək və qabaqcadan olmayacaqdır. O vəd olunmuş gün Həzrət Məhdinin (ə.f) zühur və qiyam etdiyi gündür ki, gəlib çatacaqdır”.

İmam Sadiq (ə) bu əhvalatı öz dostlarına danışandan sonra buyurur: “O zaman ki, o kişi bu səhnəni müşahidə etdi, öz-özünə dedi: “Bu, sehr və cadu idi”.

Onu başqalarına danışmaq istəyən zaman dili lal oldu. O gündən sonra danışa bilmədi”.




/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031