İnsan olmaq ləyaqəti hər kəsə nəsib olmur
Mьəllif: admin1
Tarix: 8-07-2018, 23:14
İnsan olmaq ləyaqəti hər kəsə nəsib olmur
Quran buyurur: “Əgər Allah bəndələrinin ruzisini bol etsəydi şübhəsiz, yer üzündə zülm və tüğyan edərdilər. Lakin O, istədiyini qədər və ölçü ilə nazil edir. Çünki O, bəndələrin(in vəziyyətin)dən xəbərdar və (onların halını) görəndir”. (“Şura” 27).

Bu ayədən göründüyü kimi, Allah bilir ki, kimə çox və kimə az ruzi vermək lazımdır. Çünki Allah hər kəsdən bəndələrinə qarşı daha agahdır.

Həzrət Musa (ə) yolunun üstündə bir yoxsul insan görür və o, peyğəmbərindən istəyir ki, Allaha dua etsin və ruzisini çoxaltsın.

Həzrət Musa (ə) da Allaha dua edir ki, onun ruzisini çoxaltsın.

Allah həmin yoxsul şəxsə ruzi verir və zəngin edir. Bir gün Həzrət Musa (ə) bir keçiddən keçirdi və çox sayda insanların toplaşdığını gördü. Yaxına gələndə gördü ki, məmurlar bir nəfəri həbs ediblər.

Həmin şəxsi görəndə başa düşdü ki, həmin yoxsul şəxsdir ki, təzə zəngin olmuşdur. Dövlət adamlarından onu niyə həbs etdiklərini soruşanda onlar dedilər: “Bu şəxs şərabxordur və günahsız bir insanı öldürmüşdür”.

Bəli, budur Allahın hikməti. Allah öz hikməti üzrə ruzini bölüşdürür.

Ona görə də kimə az və kimə çox verəcəyini yaxşı bilir.

Bu kəsə ruzini artıranda, o, azğınlıq etdi.

Allah Təala aqibətimizi xeyirli etsin.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930