İnsan ruzi qorxusundan necə harama düşə bilir?
Mьəllif: admin1
Tarix: 5-08-2017, 11:43

İnsan ruzi qorxusundan necə harama düşə bilir?

 Ruzi çətinliyi qorxusu bir çox insanların hamısının çəkdiyi nigarançılıqdır. Görəsən sabah necə olacaqdır?

Uşaqlarımı doyuzdura biləcəyəmmi? Qızımın cehizini verə biləcəyəmmi?

Çox təəssüf ki, bu cür qorxular bizi bədbəxt edən qorxulardır.

Peyğəmbər (s) sonuncu həccində insanlara xitab edərək buyurmuşdu: "Bilin ki, Cəbrayil (ə) mənə ilham etmişdir ki, insan ölməz o zamana qədər ki, təqdir olmuş ruzisinin hamısı ona çatar. Ona görə də Allahdan qorxun və ruzi istəməkdə həris olmayın. Ruzinizin gec çatması sizi əcələ etməyə vadar etməsin və ruzinizi haram yoldan istəyəsiniz.

Allah halal ruzini məxluqları arasında bölmüşdür və haram ruzini bölməmişdir. O kəs ki, iffət pərdəsini cırar, tələsər və onu haram yoldan əldə edər – təqdir olduğu halal ruzidən məhrum olar. Əldə etdiyinə görə Qiyamət günü cəzalanar. Necə ki, Allah Qurani-Kərimdə haram ruzini qadağan etmişdir: "Murdar və haram (mal)ı (qiymət fərqinə görə) pak və halal (mal) ilə dəyişdirməyin (özünüzün pis malınızı onların qiymətli malları ilə dəyişdirməyin)”. ("Nisa” 2)”.

Bir gün Əmirəl-möminin (ə) məscidin yanında qatırdan enir və onu bir nəfərə tapşırıb məscidə daxil olur. O  şəxs də qatırın yəhərini çıxardıb qaçır. İmam (ə) əlində iki dihəmlə məsciddən çıxır ki, həmin şəxsə versin. Görür ki, qatırın üstündə yəhəri yoxdur. Həzrət (ə) bu iki dirhəmi öz nökərinə verir ki, gedib bazardan yəhər alsın. Nökəri bazara gəlir və həmin yəhəri bir nəfərin əlində görür ki, onu satır.

Məlum olur ki, oğru bu yəhəri həmin şəxsə iki dirhəmə satmışdır.

Nökəri bu xəbəri İmama (ə) verir və Həzrət (ə) buyurur: "Bəndə səbir etmədiyinə görə halal ruzisini özünə haram edər. Halbuki, təqdir olunduğundan çoxunu əldə etməz”.


Ona görə də Allah Təala buyurur: "Şeytan (hər dəfə mallarınızı Allah yolunda xərclədiyiniz zaman) sizə yoxsulluq vəd edir və (xəsislik və sairə kimi) pis işləri əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanmaq və xeyir-bərəkət vədəsi verir. Allah geniş (vücud, qüdrət və rəhmət sahibi) və (hər şeyi) biləndir”. ("Bəqərə” 268).

 

/Deyerler.org/

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031