Kövsər hovuzundan kim su içə biləcək?
Mьəllif: admin1
Tarix: 26-06-2018, 21:43
Kövsər hovuzundan kim su içə biləcək?
Hədislərdə oxuyuruq ki, Həzrət Peyğəmbər (s) Əmirəl-mömininə (ə) buyurur: “Ey Əli, sən və davamçıların Kövsər hovuzunda mənə qovuşacaqsınız. O halda ki, hamınız sirab olacaqsınız. Sənin düşmənlərin sənə o halda daxil olacaqlar ki, susuz, başlarını yuxarı qaldırmış və gözlərini yerə dikmiş halda olacaqlar”.

Səduq “Əqaid”də yazır: “Hovuz haqdır. Onun eni – Əyləhə ilə Sənə arasındakı məsafə qədərdir. O hovuz – Peyğəmbərin (s) hovuzudur. O hovuzun rəhbəri və valisi – Əli ibni Əbutalibdir. Öz dostlarına su verər. O hovuzdan düşmənlərini qovar. Hər kim həmin hovuzdan bir dəfə su, içərsə heç bir zaman susuzlamaz”.

Həzrət Peyğəmbər (s) buyurur: “O halda ki, mən Kövsər hovuzunda qərar tutacağam, mənim qarşımda səhabələrimdən olan camaat qovulacaqdır. Sol tərəfdə saxlanılacaqdır. Mən hey fəryad çəkəcəyəm: “Ey mənim Allahım! Mənim səhabələrim! Mənim səhabələrim!”.

Cavabında deyiləcəkdir: “Ey Peyğəmbər! Sən bilirsən ki, səndən sonra hansı hadisəni ediblər?””.

Beləliklə deyə bilərik ki, hədislərimizdə adı çəkilən Kövsər hovuzu haqdır. Yalnız qəlbi sağlam və saf olan möminlər ondan içə biləcək və behiştə daxil olacaqdır.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930