İki aləm Xanımını (s.ə) incidən – Peyğəmbəri (s) incitmiş olur
Mьəllif: admin1
Tarix: 7-12-2022, 18:21
İki aləm Xanımını (s.ə) incidən – Peyğəmbəri (s) incitmiş olur
Həzrət Peyğəmbər (s) Xanım Zəhranın (s.ə) fəziləti haqqında çox söz demişdir və onlardan biri də Xanımı incitməməyə aiddir.

Məcahid nəql edir: “Peyğəmbər (s) Həzrət Fatimənin (s.ə) əlini tutmuş halda bayıra çıxdı və buyurdu: “Hər kim tanımışsa, tanımışdır. O kəs ki, onu tanımır, o, Muhəmmədin (s) qızı Fatimədir (s.ə). O, mənim bədənimin, qəlbimin və ruhumun parçasıdır. Hər kim onu incidər, məni incitmiş olar. Hər kim məni incidər, həqiqətən Allahı incitmiş olar”.

Mübarək hədisdən dəqiq surətdə əxz edilir ki, Həzrət Fatiməni (s.ə) incidən – Allahın qəzəbinə tuş olan bir kəsdir.

Salmanın nəql etdiyi başqa bir hədisdə isə Peyğəmbər (s) belə buyurub: “Qızım hər kimə qəzəblənsə, mən də ona qəzəblənərəm. O kəsə ki, mənə qəzəblənərəm, Allahın qəzəbi ona artar.

Salman! Vay olsun o kəsə ki, ona və əri Əmirəl-mömininə (ə) zülm edər. Vay o kəsə ki, övladlarına və Əhli-beyt (ə) davamçılarına əziyyət verər və incidər”.

Xanımın (s.ə) kəramət və fəziləti çox böyük idi. Meymunədən nəql edilən hədis də bunu bir daha təsdiq edir. Belə ki, o, nəql edir: “Zəhranı (s.ə) gördüm ki, əl dəyirmanın yanında dayanmış və dəyirman özü hərəkət edirdi.

Bu hadisəni Peyğəmbərə (s) danışdım. Buyurdu: “Allah, kənizi Fatimənin (s.ə) zəifliyindən xəbərdar olduğu üçün, əl dəyirmanına əmr edir ki, özü hərəkət etsin, Zəhra (s.ə) üçün buğdanı və ya arpanı üyütsün”.


Həzrət (s) başqa yerdə buyurur: “Fatimə (s.ə) - mənim bədənimin parçasıdır. Hər kim onu sevindirər, məni sevindirmiş olar. Hər kim ona pislik edər, mənə pislik etmiş olar”.

İbni Abbas nəql edir: “Bir gün Peyğəmbər (s) əyləşmişdi. Əli (ə), Fatimə (s.ə), Həsən (ə) və Hüseyn (ə) də yanında idilər.

Həzrət Peyğəmbər (s) buyurdu: “Allahım! Sən bilirsən ki, bunlar mənim əhlimdirlər. Mənim yanımda ən əziz insanlardırlar.

Ona görə də onları sevənləri Sən də sev. Düşmən bil o kəsləri ki, onlarla düşmən olar. Rəhbər et o kəsi ki, onları öz rəhbəri qərar verər.

Düşmənçilik et o kəslə ki, onlarla düşmənçilik edər. Yardım et o kəsə ki, onlara yardım edər.

Onları – Peyğəmbərin (s) Əhli-beytini (ə) – hər cür çirkinlikdən pak et. Hər cür günahdan məsum et. Onları Ruhul-Qüds vasitəsilə təsdiq et””.


İmam Əli (ə) buyurur: “Bir gün Peyğəmbər (s) qızının evinə daxil olur. Sinəsində bir boyunbağını müşahidə edir və ondan üz çevirir. Fatimə (s.ə) boyunbağını çıxarır və kənara qoyur.

Peyğəmbər (s) ona buyurur: “Ey Fatimə! Sən məndənsən”. (Yəni, layiqli deyildir ki, dünya zinətlərinə bel bağlayasan)”. Sonra bir yoxsul gəlir və yardım istəyir və Xanım da bu boyunbağını ona verir.

Peyğəmbər (s) bu mənzərəni görüb buyurur: “Allahın və mənim qəzəbim o kəsə qarşı şiddətlıdir ki, mənim qanımı tökər və məni itrətimə əziyyət verərək incidər””.

Bu hədislərdən göründüyü kimi, Həzrət Peyğəmbər (s) özündən sonra qızının və Əhli-Beytinin (ə) başına gələnlərdən xəbərdar idi və insanları bu pis əmllərdən çəkindirməyə çalışırdı. Ancaq Həzrətin (s) vəfatından az keçməmiş insanlar xain çıxdılar və Həzrətin (s) itrətini və sevimli qızını incidib əziyyət verdilər.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930