Hədislərdə adı çəkilən Kövsər hovuzu nədir?
Mьəllif: admin1
Tarix: 5-12-2021, 22:27
Hədislərdə adı çəkilən Kövsər hovuzu nədir?
Axirət üçün sayılan nemətlər arasında Kövsər hovuzu xüsusi yer tutur. Bu nemətlər – Allahın insanlara verdiyi ən böyük hədiyyələrdir.

Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: “Quran və mənim İtrətim bir-birindən ayrı düşməyəcəkdir, o zamana qədər ki, huvuzun kənarında mənimlə görüşəcəksiniz”.

Bu hovuz haqqında hədislərimizdə çox yad edilmişdir. Peyğəmbərimiz (s) öz yerini o hovuzun kənarında bəyan etmişdir.

Bundan başqa buyurmuşdur ki, mənim sizinlə hovuzun kənarında görüşüm olacaqdır.

Bir gün Həzrət Zəhra (s) atasından soruşur: “Atacan! Sizi harada tapım?”.

Həzrət (s) buyurur: “Qızım, hovuzun kənarındayam”.

Peyğəmbərlə (s) ilk olaraq Kövsər hovuzunda görüşən insan – İmam Əli (ə) olacaqdır. Hədislərin birində İmam Əli (ə) özünü həmin hovuzun sahibi kimi tanıdır.

Buyurmuşdur: “Mən – Kövsər hovuzunun sahibiyəm”.

Həzrət Peyğəmbər (s) buyurur: “Allah hovuz ilə mənə başqa peyğəmbərlərdən üstünlük vermişdir”.

Əllamə Məclisi bu hovuz haqqında buyurur: “Bizim hovuz haqqındakı etiqadımız belədir ki, hovuz haqdır. “Peyğəmbər (s) hovuzu” adı ilə məşhurdur.

Orada su qabları olacaqdır. Su verən – Əmirəl-möminindir (ə) ki, öz dostlarına verəcəkdir. Hər kəs içsə, susuzluq hiss etməz”.

Tarixçilərin nəzərinə görə o zaman ki, Şimr öz lənətlik əməlini yerinə yetirir, İmam Hüseyn (ə) höccət tamam etmək üçün buyurur: “Mənə bir qurtum su ver və sonra şəhid et”.

Şimr isə azğınlıqla deyir: “Məgər atan, hovuzun sahibi deyildir? Ondan su istəyərsən”.

Yəni, hətta Şimr kimi məlun da Kövsər hovuzunun sahibliyi mövzusunu yaxşı bilirdi.

Bəli, Kövsər hovuzu hələ o zamanda arasında məşhur idi və hər kəs onun haqqında eşitmişdi.

Beləliklə deyə bilərik ki, behiştdə belə bir hovuz vardır və hər bir mömin behiştə daxil olmazdan əvvəl ondan içəcək və sirab olan halda behiştə daxil olacaqdır.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930