Allah Təalanın bəndələri üzərində olan ən böyük haqqı
Mьəllif: admin1
Tarix: 25-06-2018, 13:46
Allah Təalanın bəndələri üzərində olan ən böyük haqqı
Bütün varlığımızın mənbəyi olan Allahın biz bəndələrinin üzərində haqqı böyükdür. Çünki o, Xaliq, Məbud, Malik və Rəbbdir. Bizə qarşı valideynlərimizdən də mehribandır. Bizə maddi və mənəvi nemətlər inayət edir.

Bəs bu qədər haqqı boynumuzda olan Allaha, biz bəndələr nə etməliyik?

İmam Səccad (ə) buyurur: “Allahın ən böyük haqqı odur ki, ona pərəstiş və bəndəlik edəsən, heç bir şeyi Ona şərik qoşmayasan”.

Deməli, bu qədər nemət əta edən və bizi var edən Allaha qarşı haqqımız – bəndəlik və itaətdədir. Bəs Allah bəndəliyi dedikdə nə başa düşürük?

Yəni, Allahı sevindirən. Yəni, Allahın bəyəndiyi işləri yerinə yetirmək, əmrindən boyun qaçırmamaq və hər göstərişinə itaət etmək, Ona şərik qoşmamaq. Budur həqiqi bəndəlik.

Əslində bəndə Allahın boynumuzda olan haqqına görə deyil, məhz Allah sevgisinizə görə bəndə olmalı və bu deyilənləri sevgi və məhəbbətlə, istəyərək, arzu edərək, bundan ləzzət alaraq yerinə yetirməlidir.

Çünki Allah Təala buna layiqdir, bizim Allahımız olmağa layiqdir.

Bundan başqa, Allah bəndəsinə gücü çatmayan əmri və ya təqdiri verməz.

Misal üçün, Allahın haqlarından biri xümsdür. Allah bəndəsinə bu qədər nemət verir və buyurur ki, onun beşdə birini – yarısını deyil, sadəcə beşdə birini Mənim üçün ayır. O kəslər ki, öz mallarından Allahın haqqını ayırmağa hazır deyildirlər, nə qədər Allahın duz-çörəyinə sadiqdirlər?

Allahın haqlarından biri Onun yolunda mücahidə etməkdir. Mərd insan özünü cəng meydanında göstərər. Mərdliyi məhz bu yolla isbat olar. Bu yolla Allahın haqlarından birini vermiş olar. “Allah cihad edənlərə (evdə) oturanlardan daha böyük mükafatla üstünlük əta etmişdir”. (“Nisa” 95).

Beləliklə deyə bilərik ki, böyük Allahın biz bəndələrinin boynunda haqqı vardır və bu haqq isə bəndəlik və itaətdə özünü göstərməlidir.

Biz əgər Allah bəndəsi ola bilsək, Allahın boynumuzda olan sonsuz haqqını vermiş olarıq ki, bu tövfiq hər kəsə nail olmur.

Allahdan istəyək ki, bizə bu tövfiqi versin və bizi həqiqi bəndələrinin zümrəsində qərar versin. Amin!




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930