Bəndəliyin həqiqəti Uca Allahın buyuruşunda
Mьəllif: admin1
Tarix: 1-02-2018, 21:31
Bəndəliyin həqiqəti Uca Allahın buyuruşunda
Allah Təala Qüdsi hədisdə buyurur: “Mənim bəndəm! Mənə itaət et ki, səni də Özüm kimi edim. Mən elə diriyəm ki, ölmürəm. Səni də diri qərar verim ki, ölməyəsən. Mən elə malikəm ki, yoxsul olmuram, səni elə edim ki, yoxsul olmayasan. Mən hər nəyi iradə etsəm, olur. Səni də elə qərar verim ki, hər nəyi iradə etsən, o olsun”.

Bu hədis əslində həqiqi bəndə olmağın üzərində olan pərdəni kənara çəkir. Buyurulur ki, hər kim həqiqi bəndə olarsa, İlahi adların nişanəsinə çevrilər. Allah Təalanın rübubiyyət sifəti onda icad olar.

Bəndəlik dedikdə, ancaq ibadət etmək nəzərdə tutulmur. Əslində məqsəd – mərifətin və xalis qəlbin elə dərəcəsinə çatmaqdır ki, bu mərtəbədə Allahdan başqasını görmürsən, hətta özünü belə görmürsən. Hər bir şeyi Allahın iradəsində görürsən. Elə ona görə də Allah bəndəsi adlanır.

Allahın bəndəsi – onun yerin üzündə olan xəlifəsidir. O, bütün varlığı ilə başqalarına Allahı xatırlatmalıdır.

İmam Sadiq (ə) buyurur: “Ubudiyyət elə bir həqiqətdir ki, batini rübubiyyətdir”. Yəni, həqiqi bəndə - Allahın adlarının nişanəsi olur. Nə zaman dənizə əmr edər, dəniz yarılar. Aya əmr edər, iki yerə bölünər.

Necə ki, Əmirəl-möminin (ə) bu həqiqəti etiraf edirdi: “Mənəm Allahın elmi, mənəm Allahın qəlbi. Mənəm Allahın danışan dili, mənəm Allahın nəzarət edən gözü. Mənəm Allahın qonşusu, Mənəm Allahın əli!”.

Allah Təala bizə Əli (ə) dühasını dərk etməyi və o Həzrətin ardıcıllarından olaraq, həqiqi bəndəliyin dadını hiss etməyi nəsib etsin.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930