Alimin oğlu su məşkini niyə deşdi?
Mьəllif: admin1
Tarix: 24-06-2018, 13:19
Alimin oğlu su məşkini niyə deşdi?
Nəql edirlər ki, İsfahanın görkəmli alimlərindən biri şəhərin ən böyük məscidində imam-cümə idi.

Bir gün azyaşlı oğlunu da götürüb, namaz qılmaq üçün məscidə gəldi. Uşaq məscidə girmək istəmədi və məscidin həyətində oturdu.

Atası gedəndən sonra gözü namazqılanlardan birinin qara rəngli su məşkinə sataşdı. O, həmin məşki iynə ilə deşib, içindən tökülən su ilə oynamağa başladı.

Namaz bitəndən sonra atası bu hadisədən xəbərdar oldu və məşkin pulunu verib, uşağı evə gətirdi. Çox narahat olmuşdu. Həyat yoldaşına dedi: “Mən bir ömür halal yemiş və bu uşağa da halal yedizdirmişəm. Onun tərbiyəsində səy göstərmişəm. Ancaq onun bugünkü hərəkəti göstərdi ki, ikimizdən biri onunla bağlı hansısa şeyə riayət etməmişdir”.

Həyat yoldaşı da təəccübləndi. O, da dedi ki, “Mən də hamilə olan zaman çalışmışam ki, bütün halal qaydalara əməl edəm. Ancaq bir dəfə qonşunun həyətinə getmişdim və nar ağacından asılan bir meyvə mənim diqqətimi cəlb etdi. Mən iynə ilə onu deşib suyundan içdim və qonşudan halallıq almadım. Yəqin ki, bu uşağın bugünkü hərəkəti mənim o səhvimin məhsuludur”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930