Nemət sahibini unutmamaq
Mьəllif: admin1
Tarix: 13-06-2018, 11:05
Nemət sahibini unutmamaq
فَلْيَنْظُرِ الْإِنْسَانُ إِلَىٰ طَعَامِهِ

"Qoy insan yediyinə (bir az) diqqət yetirsin!" (Əbəsə, 24).

İzah: Dünyada hər şey Allahın neməti, Onun əzəmət və böyüklük nişanəsidir. İnsan yeməyə başlamazdan öncə öz qidasına baxmalı və düşünməlidir ki, belə ləziz və gözəl nemət nə üçün və hansı məqsədlə yaradılmışdır?

Yeməyə baxıb düşünmək insanı Allahın əzəməti ilə tanış edir və Onun nemətinə şükür etməyə səsləyir. Bunu da qeyd etmək lazımdır ki, rəvayətlərdə bu ayə başqa mənada da izah olunmuşdur.

Bu mənaya görə, insan elm və biliyinin mənşəyi haqqında düşünməlidir. Baxıb görməlidir ki, kimdən təlim alır. Məbada ruhunu aludə və napak qidalarla bəsləsin və qəlbini qeyri-ruhani düşüncə və təlimlərlə qidalandırsın.

Hədis: İmam Hüseyn (ə): “Süfrənin on iki ədəbi var ki, hər bir müsəlman onu bilməlidir. Onların dördü vacib, dördü müstəhəb, dördü isə nəzakət qaydasıdır.

Vacib olanlar bunlardır: İdrak, razılıq, Allahın adını dilə gətirmək və şükür etmək. Müstəhəb olanlar bunlardır: Yeməkdən qabaq əlini yumaq, bədənin sol tərəfi üstə oturmaq, üç barmaqla yemək və barmaqları yalamaq.

Nəzakət qaydaları isə bunlardır: Qarşında olandan yemək, tikəni kiçik götürmək, yeməyi yaxşı çeynəmək və (süfrədəkilərin) üzünə az baxmaq (Biharul-ənvar, c. 63, səh. 415).


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930