Həkimlərə ehtiyaclı olmamaq üçün 4 sadə təklif
Mьəllif: admin1
Tarix: 21-01-2022, 20:17
Həkimlərə ehtiyaclı olmamaq üçün 4 sadə təklif
Həzrət Əmirəl-möminin (ə) buyurur: “Suyu ayaq üstə içməkdən çəkinin. Çünki dəlilik elə bir xəstəlikdir ki, dərmanı yoxdur, məgər o halda ki, Allah Təala şəfa verər”.

Mərhum Səduq buyurur: “Burada məqsəd – gecə vaxtı su içməkdir. Ancaq gündüz suyu ayaq üstə içmək faydalıdır. Çünki İmam Sadiq (ə) buyurmuşdur: “Gündüz suyu ayaq üstə içmək damarları açar və bədəni gücləndirər””.

İmam Əli (ə) buyurub: «Kim yemək yeməyə və ya su içməyə başlayanda Allahın adını dilinə gətirsə və sonda Allaha şükür etsə, həmin yemək neməti barəsində ondan heç vaxt sual soruşulmaz».

İmam Sadiq (ə) Peyğəmbərin (s) qadağan etdiyi şeylər barəsində atalarından nəql etdiyi hədisində: «Peyğəmbər yeməyi və ya içməli şeyi üfürməkdən çəkindirib».

İmam Əlinin (ə) (oğlu Həsənə (ə) tövsiyəsindən): «Oğlum! Sənə dörd incə məqamı öyrədimmi ki, onlara riayət eməklə təbabətdən ehtiyacsız olasan?»

Ərz etdi: «Bəli, ey Əmirəl-möminin (ə)».

Həzrət (ə) buyurdu: «Acmamış yemək yemə, doymamış yeməkdən əlini çək, yeməyi yaxşı çeynə və yatmaqdan qabaq ayaqyoluna gedib rahatlan. Əgər bu məqamlara riayət etsən, həkimə ehtiyacın olmaz».



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031