Ürəklə edilən şükür, dillə edilən şükür və əməllə edilən şükür
Mьəllif: admin1
Tarix: 5-06-2023, 12:14
Ürəklə edilən şükür, dillə edilən şükür və əməllə edilən şükür
“Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz halda çıxartdı və sizə qulaq və eşitmə qüdrəti, gözlər və görmə qabiliyyəti və (bədənin hissiyyatını idarə etmək üçün) ürəklər verdi ki, bəlkə şükür edəsiniz”. (“Nəhl” 78).

Şükür etmək elə bir sifətdir ki, Allahın həqiqi bəndələrinə şamil edilir. Şükrün bir neçə növü vardır: ürəklə edilən şükür, dillə edilən şükür və əməllə edilən şükür.

İmam Sadiq (ə) buyurur: “Hər kim Allahın verdiyi neməti ürəyi ilə tanıyarsa, şükrünü əda etmiş olar”.

İmam Sadiq (ə) buyurur: “Tövratda yazılmışdır: “O kəs ki, sənə nemət verər, təşəkkür et və hər kim sənə təşəkkür etsə, ona nemət ver.

Çünki şükrün vasitəsilə nemət məhv olmaz. Naşükürlük nəticəsində sabit qalmaz. Şükür etmək - nemətin artma və dəyişməkdən amanda qalma mənbəyidir””.

Allah Təala Həzrət Musaya (ə) vəhy edir: “Mənim şükrümün haqqını yerinə yetir”. Həzrət Musa (ə) deyir: “Bu işin imkanı yoxdur. Çünki hər bir şükür kəlməsinə görə başqa şükür lazımdır”.

Vəhy gəlir: “Sənin bu etiraf etməyin və bilməyin ki, hər nə varsa, Məndəndir - Mənə edilən ən yaxşı şükürdür”.

İmam Sadiq (ə) buyurur: “Nemətin şükrü – günahdan uzaq olmaqdır. Şükür odur ki, insan neməti Allahdan bilsin, nəinki öz zirəkliyindən, elmindən, çalışmasından və ağılından.

Allahın ona verdiklərindən razı olsun və İlahi nemətləri günah vasitəsi qərar verməsin. Həqiqi şükür odur ki, insan Allahın nemətini Allah yolunda qərar versin”.

İmam Baqir (ə) buyurur: “Bir gün Peyğəmbərin (s) xanımlarından biri ona dedi: “Allah sənin keçmiş və gələcəyini Öz rəhmətinə şamil etmişdir, niyə özünü ibadətlə bu qədər zəhmətə salırsan?”.

Həzrət (s) buyurur: “Çox şükür edən bəndə olmayımmı?”.

Nemətə şükür etmək onu artırar, əskinə küfr etmək onu məhv edər. Bəs küfr etmək nə deməkdir?

Yəni, Allahın bizə verdiyi sonsuz nemətləri görməmək, görməməzliyə vurmaqdır. Allahın bizim şükrümüzə ehtiyacı yoxdur. Lakin hikməti üzündən onu bəndəsinə lazımlı hesab edir.

Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət günü İlahi dərgaha bir bəndə gətirəcəklər və Allah ona görə əzab əmrini verər.

Həmin bəndə deyər: “Allahım! Mənim üçün cəhənnəmi əmr etmisən, halbuki mən dünyada olanda müsəlman idim və Quran qarisi idim”.

Allah buyurar: “Mənim bəndəm, sənə verdiyim nemətlərin şükrünü yerinə yetirməmisən”.

Deyir: “Allahım, filan neməti verdin, Sənə şükür etdin. Filan neməti verdin, Sənə şükür etdim”. Bir-bir neməti sayar.

Allah buyurar: “Mənim bəndəm, düz deyirsən. Mənim nemətimi sənə çatdırana şükür etməmisən. Mən də Özümlə əhd etmişəm ki, bəndəmin nemətlərimə görə şükrünü qəbul etmiyəm o zamana qədər ki, o, Mənim nemətimi ona çatdırana təşəkkür etməz”.

İmam Sadiq (ə) buyurur: “Allahın nifrini olsun o kəslərə ki, xeyir yollarını bağlayarlar”. Soruşurlar ki, onlar kimlərdir? Buyurur: “O kəs ki, ona yaxşılıq edilən zaman küfr edər. O zaman nemət sahibi başqasına ehsan etməz”.

Ona görə də nemətə küfrün gətirdiyi başqa bir bəla cəmiyyətdə - ehsanın və yaxşılığın azalmasıdır.

Allah Təala bizləri həqiqi şükür edənlərdən qərar versin.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930