Ustad Fatimi Niya: “Əgər biz dilimizi qoruya bilsək, çox sayda çətinliklər həll olacaqdır ”
Mьəllif: admin1
Tarix: 8-05-2021, 23:08
Ustad Fatimi Niya: “Əgər biz dilimizi qoruya bilsək, çox sayda çətinliklər həll olacaqdır ”
Ustad Abdullah Fatimi Niya Ramazan ayı ilə bağlı xütbələrində buyurmuşdur: “Lüğət əhlinin dili ilə desək, Ramazan sözünün mənası– hərarət və yandıran deməkdir. Bir gərək araşdırıb görək, hərarət ilə Ramazan ayının arasındakı rabitə nədir?

Hədislərin birində deyilir: “Ramazan ayı ona görə Ramazan ayı adlandırılıb ki, çünki günahları yandırar və onları aradan aparar”.

Ona görə də bu ayın hər anından istifadə etmək lazımdır. Ramazan ayında hasil olmalı şey – təqvadır. Biz gərək belə olmayaq ki, ancaq Ramazan ayında Allaha itaət edək və qalan aylarda deyil.

Bəziləri ancaq Ramazan ayında namaz qılarlar, xoş əxlaqlı olarlar, ürək sındırmazlar. Ya misal üçün, ancaq bu ayda lazımi qaydada hicab bağlayarlar.

Bu ayda daha çox nuraniyyət əldə edib, mənəvi uçuşa çalışmalıyıq. Əgər kimsə nuraniyyət əldə etməyə nail olarsa və onu gələn ilin Ramazan ayına qədər çatdırarsa, aqibəti xeyirli olar.

Biz gərək elə olmayaq ki, ancaq bu ayda ibadət edək və bu ay qurtaran kimi ibadətlərimizi kənara qoyaq. Biz gərək bu ayda kəsb etdiyimiz nuru gələn ilin Ramazan ayına qədər qoruyub saxlayaq.

Allah şahiddir ki, əgər biz bu dilimizi qoruya bilsək, çox sayda çətinliklər həll olacaqdır. Yadımdadır ki, cavan olan zaman atamsəfərə getmişdi.

Oradan ailəsinə məktub yazmışdı. Yadımdadır ki, həmin məktubda yazmışdı: “Ramazan ayının əməlləri çoxdur. Ancaq əgər dilini qoruya bilsən, qalan bütün əməllərdən daha üstün olar”.

Gecə namazlarımızı əldən verməyək. Səhərlərimizi isə telefon və ya başqa məşğuliyyətlərlə zay etməyək. Əgər müstəhəb namaz qılmaq istəmiriksə, ən azı 10 dəfə “Ya Ərhəmər Rahimin” deyək.

Onu da etməsən, heç olmasa üzü qibləyə əyləş və təsbihati-ərbəəni de”.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930