Mal əsirliyi, əziyyət miniyi, dəyərsizlik və həyasızlıq amili – hərisliyin gətirdiyi ziyanlar
Mьəllif: admin1
Tarix: 27-04-2018, 21:26
Mal əsirliyi, əziyyət miniyi, dəyərsizlik və həyasızlıq amili – hərisliyin gətirdiyi ziyanlar
Həzrət Peyğəmbər (s) buyurur: “Hərislik yeddi bəla arasında qərar tutar: O fikir ki, ona ziyan vurar və fayda verməz. Ondan əl çəkməyən qəm-qüssə. O, davamlı olaraq yorğun olar. Ölümdən başqa vaxtı ondan xilas ola bilməz. İstirahət edən zaman daha çox narahat olar. Onun həmişə qorxusu vardır.

Həyatını bir-birinə vuran qəm. Verəcəyi hesab ki, onu xilas etməyəcəkdir, məgər o halda ki, Allah onu bağışlayar. Əzabdan qaçmaq mümkün deyildir, çarəsi yoxdur”.

Bu mübarək hədisdə hərisliyin gətirdiyi bir neçə ziyan bəyan olunmuşdur. O cümlədən:

1. Hərislik əgər millətin canına sirayət edərsə, ictimai həyatları cəng meydanına çevrilər. Çünki bir dəstə insanların mənfəətləti başqa bir dəstənin ziyanı olar.

2. Həris əslində mal və dövlətinin əsiridir. Öz boynuna açılmayan zəncir vurmuşdur. O, ipəkqurdu kimi mal-dövlətini öz ətrafında fırladır və sonunda da içində məhbus olub məhv olur.

3. Həris insanın əsil işi mal toplamaq olduğu üçün, mənəviyyatdan uzaq qalar.

4. Hərislik simicliyə səbəb olar. Çünki bütün malını özü üçün saxlamaq istəyər.

5. O, əbədi əziyyətdə olar. İmam Əli (ə) buyurur: “Hərislik – əziyyətlər miniyidir”.

6. Həris insan heç bir zaman doymaz. Ona görə də daima toplamaqla məşğul olar.

7. Hərislik, insan şəxsiyyətini darmadağın edər. Həris şəxs, insanların nəzərində xar və zəlil olar. İmam Əli (ə) buyurur: “Hərislik, insanın dəyərini aşağı salar”.

8. Hərislik bir çox günahlar üçün qapı açar. O, cümlədən yalan, insanların haqqını tapdalamaq, haramla halalı qarışdırmaq kimi.

9. Hərislik, həyanı aradan aparar. İmam Əli (ə) buyurur: “Həris insanın həyası və xəcaləti olmaz”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930