Günahkar seyyidlərə cəhənnəmdə əzab verərlərmi?
Mьəllif: admin1
Tarix: 24-04-2018, 21:48
Günahkar seyyidlərə cəhənnəmdə əzab verərlərmi?
Həzrət Peyğəmbər (s) biz müsəlmanlardan öz nəslinə qarşı hörmətdən başqasını istəməmişdir, ancaq bu, o demək deyildir ki, günahkar seyyidlər cəhənnəm əzabı görməyəcəklər.

İnsanlar həmişə seyyidlərə xüsusi ehtiram və hörmətlə yanaşmış və onların hörmətini həmişə saxlamağa çalışmışdılar. Çünki bu insanların bədənlərində Peyğəmbərin (s) və Məsum İmamlarımızın (ə) qanı axır.

Bu insanlar Məsumlara (ə) bizdən daha yaxındırlar. Bu ehtiramın kökündə isə Quran ayəsi durur: “De: «Sizdən bunun (İlahi tapşırıqların çatdırılmasının) müqabilində qohumlarım barəsində (qəlb və əməldə olan) məhəbbətdən başqa bir muzd istəmirəm».

Kim bir yaxşı iş görsə (daha artıq məhəbbət göstərsə), Biz onun üçün həmin işdə yaxşılıq (savab) artırarıq (onun təbii mükafatına ən azı on dəfə artıq əlavə edərik). Həqiqətən Allah bağışlayan və qədirbiləndir”. (“Şura” 23).

Həzrət Peyğəmbərdən (s) belə bir hədis vardır ki, buyurur: “Mənim zürriyəmin yaxşılarına Allaha xatir hörmət edin və pislərinə isə mənə xatir”.

Avam insanlar belə hesab edirlər ki, seyyidlər heç bir zaman cəhənnəm atəşində yanmazlar. Sanki cəhənnəmdə onlar üçün soyuq cəza hazırlanmışdır ki, o məkanın adı Zəmhərirdir. Ancaq hədislərdə bununla bağlı bir məlumata rast gəlinməmişdir.

Əslində hədislərimiz buyurur: “Allah cəhənnəmi günahkarlar üçün hazırlamışdır, baxmayaraq ki, o günahkar Qureyş seyyidi olsa belə”. (Tebyan)

Qurani-Kərim də Qiyamət barəsində buyurur: “Beləliklə sur (ikinci dəfə) çalınanda (və insanların hamısı diriləndə), həmin gün onların arasında (qorxu və dəhşətin çoxluğundan sanki) bir bağlılıq və qohumluq olmaz və bir-birlərini(n halını) soruşmazlar”. (“Muminun” 101).

Cabir ibni Abdullah görür ki, İmam Səccad (ə) çox ibadət etməklə özünü yorur. Bu səbəbdən Həzrətə deyir: “Ey Rəsulallahın oğlu! Siz Peyğəmbərin (s) övladlarısınız və bu qədər ibadət etməyə ehtiyac yoxdur”.

Həzrət Səccad (ə) da yuxarıdakı ayəni tilavət edir və işarə ilə demək istəyir ki, Qiyamət günü insanları əməlləri ilə bir-birindən fərqləndirəcəklər, mənsəbləri ilə deyil.



/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031