Seyyidlərin digər insanlarla müqayisədə hansı üstünlüyü var?
Mьəllif: admin1
Tarix: 26-10-2016, 19:20
Seyyidlərin digər insanlarla müqayisədə hansı üstünlüyü var?
Seyyidə hörmət Peyğəmbər nəslindən olduğu üçündür. Amma burada günahkar seyyidlər Quran ayələrinə və elə Peyğəmbərin özünün hədislərinə əsasən istisna edilirlər və Peyğəmbərin hörmət-ehtiramla bağlı hədisləri onlara şamil edilmir.
İslaminSesi – Qurani-Kərimdə Şura surəsinin 23-cü ayəsində buyurulur:

“Allaha iman gətirib yaxşı əməllər edən bəndələrinə bununla müjdə verir. (Ya Peyğəmbər!) De: “Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən ( və ya əhli-beytə sevgidən) başqa bir şey istəmirəm. Kim bir yaxşı iş görərsə, onun yaxşılığının savabının (mükafatını) artırarıq!” Həqiqətən, Allah bağışlayandır, qədirbiləndir! (Şükrün və itaətin, gözəl əməllərin əvəzini verəndir!)”

Mühüm hədis kitablarında da Peyğəmbərdən “Mənin övladlarıma, yaxınlarıma, yardım edin,”, “Yaxınlarım;n yaxşılarına hörmət edin” , “qiyamətdə mənim övladlarıma sığınacaq verən, onları geyindirənlərə şəfaət verəcəyəm” kimi hədislər gəlib.

Xüsusilədə anlaşılır ki, bu ayə və hədislər əsassən həzrət Zəhranın balalarına şamildir.

Seyyidə hörmət Peyğəmbər nəslindən olduğu üçündür. Amma burada günahkar seyyidlər Quran ayələrinə və elə Peyğəmbərin özünün hədislərinə əsasən istisna edilirlər və Peyğəmbərin hörmət-ehtiramla bağlı hədisləri onlara şamil edilmir.

Seyyidlər dünya və axirətdə digər insanlardan fərqləri yoxdur. Bir sözlə desək, şəriətin vacib,haram və digər hökmlərində onlar fərqli deyillər. Əksinə seyyidlər günah etdikdə onların cəzaları daha artıq olar.

Şeyx Səduq, "Uyunu Əxbarir-Rza” əsərində yazır:

“Bir gün İmam Rza (ə) əmisi Zeydin öz seyidliyi ilə iftixar etdiyini gördükdə buyurdu: "Sən eşidibsən ki, Allah-Taala Həzrət Zəhraya (ə) xatir onun övladlarına cəhənnəm odunu haram edib və bununla fəxr edirsən? And olsun Allah ki, bu təkcə Həsən və Hüseynin (ə) və Onun (Hz. Zəhranın) öz qarnından olanlar haqqındadır... Amma sən və (sənin atan) İmam Musa bin Cəfər (ə)... Qiyamət günü hərəniz öz əməllərinizlə sorğulanacaqsınız... Həqiqətən İmam Əli bin Hüseyn Zeynül-Abidin buyurardı: "Qiyamət günü bizim - (Hz. Zəhra (s) övladları və seyidlər) - yaxşımız üçün iki savab və pisimiz üçün artırılmış əzab olacaqdır"... Bizim soyumuzdan olub Allaha itaət etməyən bizdən deyil!"

Fiqhi hökmlərə gəldikdə isə seyyid yalnız bir məsələdə digərlərindən fərqlidir. Seyyidə sədəqə vermək olmaz. Amma bunun müqabilində az təminatlı seyyidə ya yoxsul seyyidə xumsdan bölgü düşür. Bu da bir üstünlük demək deyil.

Tarixə nəzər saldıqda seyyidlərin müxtəlif mərhələlərdə sürgünlərə məruz qaldığını görürük. Peyğəmbərin yaxınlarıma ehtiram edin buyuruğu onun üçündür ki onun nəsli zillət içində deyil, müsəlmanların dəstəyi ilə izzətli yaşam tərzinə malik ola bilsinlər.

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031