Axirətdə qocalma, pis qonşuluq, məhdudiyyətlər varmı?
Mьəllif: admin1
Tarix: 3-04-2018, 22:30
Axirətdə qocalma, pis qonşuluq, məhdudiyyətlər varmı?
Axirətdə həyat necə olacaqdır? Bu, elə sualdır ki, hər bir insanı düşündürür. Bu suala cavab vermək üçün dünya həyatını axirət həyatı ilə müqayisə edək ki, onun həqiqətlərini az da olsa dərk edə bilək.

1. Dünya həyatı maddi olduğu üçün, insan daima hərəkətdə və təkamüldədir. Ancaq axirətdə insanın bədəni olsa da, dünyada olduğu kimi təkamül edə bilmir. Çünki axirətdə malik olduğu bədən maddi deyildir. Ona görə də dünya əkmək və becərmək yeri olduğu halda, axirət – məhsulu yığıb ondan faydalanmaq yeridir.

2. Axirətdə dünyada olduğu kimi zaman anlamı yoxdur. Axirətdə ömür, yaş və il kimi mənalar mövcud deyildir. Həmçinin gec və ya tez kimi məfhumlar da mövcud deyildir.

3. Dünya həyatında möminlərlə kafirlər birlikdə yaşayırlar. Ancaq axirətdə cəhənnəm əhli cənnət əhlindən ayrı yaşayar. Ona görə də axirəti ayrılıq günü də (yəvmul-fəsl) adlandırırlar.

4. Dünya həyatı məhduddur. Ancaq axirət həyatı əbədidir. Çünki zamanı yoxdur ki, sona çatsın. Ona görə də axirətə Darul-qərar da deyirlər.

5. Dünya həyatında əşyaların çoxu cansızdır. Əslində insan bədəni də canlı deyildir, ruh onu canlı saxlayır. Ancaq axirətdə hər şey canlıdır. “Bu dünya həyatı bihudə əyləncədən və oyun-oyuncaqdan başqa bir şey deyildir. Həqiqətən də, Axirət evi əbədi həyatdır (onun yeri, göyü, cəmadat və nəbatatı belə) əbədilik diridir (və elə bil ki, həyatın özüdür). Kaş biləydilər!”. (“Ənkəbut” 64).

6. Dünyada insanlar arasında qohumluq əlaqəsi olar. Ancaq axirətdə qohumluq bağları qırılar və möminlər arasında ancaq dostluq və qardaşlıq əlaqəsi olar. “Beləliklə sur (ikinci dəfə) çalınanda (və insanların hamısı diriləndə), həmin gün onların arasında (qorxu və dəhşətin çoxluğundan sanki) bir bağlılıq və qohumluq olmaz və bir-birlərini(n halını) soruşmazlar”. (“Muminun” 101).

7. Dünyada fırıldaq, əyləncə məclisləri və bu kimi bihudə yerlər vardır. Ancaq axirətdə belə şeylər olmaz. “Ey iman gətirənlər, nə alış-verişin və nə də dostluq və şəfaətin olmayacağı gün gəlməmişdən qabaq, sizə ruzi olaraq verdiklərimizdən (Allah yolunda) xərcləyin. Kafirlərdir zalımlar!”. (“Bəqərə” 254).

8. Dünyada ədalət zülmlə qarışmışdır. Ancaq axirətdə sadəcə ədalət hakimdir. Heç kəsə zərrə qədər zülm olunmaz.

9. Dünya həyatı insanların əksəri üçün yəvmül-ğəflətdir. Ancaq axirət yəvmül-həsrətdir.

10. Dünya həyatı zalımların şad olduğu yerdir. Axirət isə məzlumların.

11. Dünyada eyiblər və günahlar gizlidir. Ancaq axirət günahların aşkar olduğu yerdir.

12. Axirətdə mövcud olan nemət və əzablar insanların dünyadakı əməl və etiqadlarının təcəssümüdür.

13. Behişt əhli üçün qəm, qüssə, yorğunluq kimi hallar mövcud deyildir. Cəhənnəm əhli isə yaxşı hisslərdən uzaqdırlar.

14. Axirət əhlinin bir iş görmək üçün əşyalara ehtiyacları yoxdur. Belə ki, ancaq iradə etməkləri kifayətdir ki, həmin şey hazır olar.

15. Axirət nemətləri maddi olmadıqları üçün məhv olmurlar. Belə ki, bir behişt meyvəsindən bütün behişt əhli yesə, həmin meyvə yenə də öz yerində qalacaqdır.

16. Behişt əhli məhdud məkanda qərar tutmaz. Bəlkə bir anda hər yerdə ola bilirlər.

17. Cəhənnəm əhlinin çox hissəsi əzab sayəsində paklanar. Yavaş-yavaş günahları azalar. Nəhayət behiştə daxil olarlar.

18. Behişt əhli bir nemətdən iki dəfə istifadə etməz. Bəlkə istəyən zaman ondan sonrakı nemətdən istifadə edər. Hər bir behişt nemətinin sonsuz batini olar.

19. Hər bir behişt nemətində bütün nemətlərin ləzzəti olar. Misal üçün, bir almada bütün meyvələrin dadı olar.

20. Behişt əhli nəyi iradə etsə, onun üçün hazır olar. Çünki Allah möminlərə xitab edərək buyurmuşdur: “Biz dünya və axirətdə sizin başçı, dost və yoldaşlarınızıq. Orada nəfsiniz (maddi nemətlərdən) nə çəksə və (mənəvi ləzzətlərdən qəlb və dil ilə) hər nə istəsəniz – hazırdır”. (“Fussilət” 31).

Allah Təala bizlərə bu nemətlərdən dadmağı nəsib etsin.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930