Cəhənnəm dəyirmanı üçün hansı kateqoriya günahkarlar yem olacaq?
Mьəllif: admin1
Tarix: 26-06-2018, 22:06
Cəhənnəm dəyirmanı üçün hansı kateqoriya günahkarlar yem olacaq?
Cəhənnəm atəşi günahkarı cəzalandırmaq üçün kifayətdir. Lakin bəzi cəhənnəm əhli üçün atəşdən başqa da ağırlı əzablar vardır.

İmam Əli (ə) buyurur: “Cəhənnəmdə elə bir dəyirman vardır ki, həmişə işləyir. Niyə soruşmursunuz ki, nəyi xırdalayır?”.

Soruşurlar ki, bu dəyirmanın yemi nədir?

Həzrət (ə) buyurur: “Yolunu azmış alimlər, əxlaqsız qarilər, zalım padşahlar, xain vəzirlər, yalançı mütəxəssislər həmin dəyirmanın yemidirlər”.

İmamın bir-bir saydığı bu beş dəstə insanın əməllərinə nəzər salaq və mövzunu daha dərindən qavramağa çalışaq.

Birinci dəstə o alimlərdir ki, əllərində çıraq vardır, lakin insanların imanını, əqidəsini oğurlayırlar. Bu alim bir oğruya bənzəyir. Çünki o zaman ki, oğru çıraqla oğurluğa gələr, daha çox şey oğurlayar.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim elmi insanları aldatmaq üçün axtarar, behişt iyini tapmaz”.

Tarix boyu çox sayda insanlar olmuşdur ki, din və əqidə iddiasında olmuşdular. Lakin tək istədikləri şey – insanları yolundan azdırmaq olmuşdur.

İkinci dəstə insanlar – əxlaqsız qarilərdir. Onların birinci dəstə ilə fərqi budur ki, qarilər insanların ancaq Quran müəllimi olublar. Lakin alimlər insanlara bir çox elmlərdən dərs veriblər.

Üçüncü dəstə insanlar - zalım padşahlar və hakimlərdirlər. Bu insanların təhlükəsi alimlər və qarilərdən sonra gəlir. Zalım padşahların işi insanların əqidəsi ilə deyil, cisimlərilədir.

İmam Sadiq (ə) buyurur: “O zaman ki, İsa (ə) öz səhabələri ilə vidalaşmaq istəyirdi, onları topladı və onlara gücsüzlərə diqqət etməyi və cabbarlara və təkəbbürlülərə yaxınlaşmamağı əmr etdi”.

Dördüncü dəstədə xain vəzirlər durur. Bu insanlar həm öz rəhbərlərinə xəyanət edirlər, həm də insanlara.

Beşinci dəstə yalançı mütəxəssislərdir. Yəni, yalandan xəbər gətirənlərdir. Hər bir yalançı mətbuat bu dəstəyə aiddir. O mətbuat ki, yalanı və çirkin işləri insanlara çatdırır, insanları çox sayda bədbəxtliklərə düçar edir.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031