Hz. Peyğəmbər (s): "Ən yaxşı qazanc, öz işində sədaqətli olan fəhlənin qazancıdır"
Mьəllif: admin1
Tarix: 6-04-2018, 21:38
Hz. Peyğəmbər (s): "Ən yaxşı qazanc, öz işində sədaqətli olan fəhlənin qazancıdır"
Qarşımızdakı bir həftə İslam dünyasında mübarək "Vəhdət" həftəsidir.

Bu günlər əziz İslam Peyğəmbərinin (s) mövludu müsəlmanlar tərəfindən ən böyük bayramlardan biri olaraq qeyd edilir. Bu münasibətlə bütün İslam dünyasını təbrik edir və əziz Peyğəmbərimizin (s) nurlu kəlamarından növbəti silsiləni dəyərli bacı - qardaşlarımıza təqdim edirik:

1) "Zirək odur ki, öz nəfsini pisləsin və ölümdən sonrası üçün iş görsün".

2) "Ən üstün iş hansıdır?"- deyə soruşan adama cavabında "Yemək vermək və gözəl danışıq"

3) "Küfrün ən az dərəcəsi budur ki, insan öz qardaşı haqda bir söz eşitsin və onu (bir gün) rüsvay etmək üçün saxlasın. Belələrinin xeyir və yaxşılıqdan nəsibləri olmaz".

4) "Kim sizə yaxşılıq etsə, onun əvəzini verin. Onun əvəzini verməyə bir şeyiniz olmadıqda, onunçün Allah dərgahına dua edin. Elə dua edin ki, sanki onun yaxşılığının mükafatını verirsiniz".

5) "Ən gözəl sənət elə tacirlikdir ki, söz danışanda yalan deməsinlər, onlara bir əmanət tapşırılanda xəyanət etməsinlər, vəd verdikdə vədlərinə xilaf çıxmasınlar, bir şeyi alanda onu pisləməsinlər, bir şeyi satanda onu tərifləyib təbliğ etməsinlər, borclu olduqda (öz borcunu almaq üçün) təzyiq göstərməsinlər".

6) "Ən yaxşı qazanc, öz işində sədaqətli olan fəhlənin qazancıdır".

7) "İnsanın böyüklüyü onun dinindədir".

8) Allahın Peyğəmbəri (s) balışa söykənmişdi və Salman içəri daxil oldu. Peyğəmbər balışı ona verib buyurdu: "Ey Salman! Elə bir müsəlman yoxdur ki, müsəlman qardaşını görməyə getsin və ev sahibi ona hörmət olaraq balış qoyduqda, Allah ev sahibini bağışlamasın".

9) "Allaha və qiyamət gününə inanan öz oturub-durduğu insana hörmət etməlidir".

10) "İzzət və ehtiramı qəbul edin. Ən yaxşı ehtiram ətirdir. Həm həm yüngüldür, həm də ən ətirli".

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930