Ayətullah Ərdəbili: "İslam dinini olduğu kimi təbliğ edin!"
Mьəllif: admin1
Tarix: 16-06-2014, 21:08
Bцlmə: Xəbərlər
Ayətullah Ərdəbili: "İslam dinini olduğu kimi təbliğ edin!"

"İfratçılardan və radikal ünsürlərdən uzaq durun!"
İslamazeri.az-ın "Shafaqna"-ya istinadən verdiyi xəbərə görə, tanınmış təqlid mərcələrindən olan Ayətullah Musəvi Ərdəbili pakistanlı bir qrup alim və tələbəni ofisində qəbul edib və tövsiyyələr verib:


"Sizin İslam dinini təbliğ etməkdəki himmət və işləriniz hər cür təqdirin üzərindədir. Bütün çətinliklərə baxmayaraq, siz bu işlərinizi davam etdirirsiniz. Bu yolda atılacaq ilk addımın İslam dinini və hökmlərini ən yaxşı şəkildə öyrənmək olduğunu unutmayın! İslam əhkamını və hüququnu çox yaxşı şəkildə yaddaşınızda saxlayın! Zamanınızın çoxunu dini məlumatlarınızı artırmaq və yeniləməkdə istifadə edin!

Əvvəlcə öz fəzilətinizi artırın, çünki insanın özü kifayət dərəcədə fəzilət sahibi olmazsa, başqaları üzərində təsirli ola bilməz. Atacağınız ikinci addım isə əlinizdən gəldiyi qədər İslam dinini və Əhlibeyt (ə) məktəbini insanlara təbliğ etmək olsun! İslam dinini və Əhlibeyt (ə) məktəbini olduğu kimi izah edin!

Bunu edərkən ifratçılardan və radikal ünsürlərdən uzaq durun! Onlarla əsla mübahisə etməyin!

Elm və vəhdət əhli olan alimlərlə oturub durun! Onlarla birlikdə İslam dininin dəyərlərini və Əhlibeyt (ə) təlimlərini izah edəcəyiniz ortaq proqramlar təşkil edin!"
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031