Hədiyyənin xumsunu vermək vacibdirmi?
Mьəllif: admin1
Tarix: 5-04-2018, 21:45
Hədiyyənin xumsunu vermək vacibdirmi?
İslam dinində buyurulan vacib işlərdən biri də mənəvi, ictimai və iqdisadi təsirlərlə dolu olan xüms və zəkatdır.

Allah Təala bu iki mühüm işi müsəlmanların rifahının yaxşılaşdırılması üçün vacib edib. Qazancı olan hər bir kəs öz malının xums və zəkatını ayırıb verərsə, həmin cəmiyyətdə ac və möhtac olmaz.

Elə isə malında verilməmiş xumus və ya zəkat payı olan insan möhtacların haqqını mənimsəmişdir deməkdir.

Xums dinin zərur hökümlərindəndir. Xums sözünün mənası beşdə bir deməkdir. Yəni hər bir müsəlmanın illik gəlirindən bütün illik xərclərin çıxdıqdan sonra yerdə qalanın beşdə biri. İnsan özü üçün bir gün təyin edir.

Gələn ilin həmin gününə qədər bir illik qazancından bütün zəruru ehtiyaclarını təmin edir. Yerdə qalan hissənin beşdə birinin xumsunu verməlidir.

Xums (beşdə bir) zəmanə İmamının (ə.f) və fəqir, kasıb seyidlərin haqqıdır. Xums, xums yığmaq səlahiyyətləri olan kəslərə verilməlidir. Həmin pul müsəlmanların rifahı yolunda xərclənməlidir.

Sual -1: Elə isə hədiyyə və mükafatların da xumsu varmı?

Cavab: Hədiyyə və mükafatların xumsu yoxdur. Hərçənd ehtiyat budur ki, həmin hədyyə illik xərclərdən artıq olarsa xumsu verilsin. (Ayətullah Xamenei)

Sual 2- Xums verməyən bir kəs hədiyyə verərsə, o hədiyyəni qəbul edənə həmin hədiyyənin xumsu vacibdirmi?

Cavab: Bəli alana vacibdir xumsu versin. (Bütün müctəhidlər) (Yalnız Ayətullah Sistani və Təbrizi buyurur belə halda hədiyyəni qəbul edənə xums vermək vacib deyi, hədiyyə edənə vacibdir)


(İslaminSesi)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930