Xüms və Zəkatın cismani faydaları
Mьəllif: admin1
Tarix: 26-12-2020, 10:49
Xüms və Zəkatın cismani faydaları

İslam dinində buyurulan vacib işlərdən biri də mənəvi, ictimai və iqdisadi təsirlərlə dolu olan xüms və zəkatdır. İnsanın cismani sağlamlığı üçün faydalı olan bu əməl barəsində xülasə olaraq işarə edirik.

A- Digərlərinin sağlam və uzun ömürlü olmaları

Bildiyimiz kimi hər il dünyada aclıqdan nə qədər insan tələf olur və nə qədər insan yaxşı qidalanmadıqları üçün həzm sisteminin pozulması, infeksiyon, qan və s. kimi xəstəliklərə tutulur. Bu aclığın pis qidalanmağın əsas dəlillərindın biri fəqirlik və yoxsulluqdur.

Yoxsulluq səbəb olur ki, insan yeməyə, geyməyə, ev təmirinə, alverə və s. işlərə az pul sərf etsin. Bu əməlin özü də xəstəliklərin çoxalmasına səbəb olur.

Buna misal olaraq demək olar ki, yoxsul insanın yemək proqramı (heyvan ətindən olan yağlı yeməklərdən çoxlu istifadə etmək, habelə fibrlı yeməklərin, vitaminlərin və mineralların az məsrəfi) kökəlməyə, ürəklə bağlı və mikroblara zəmin yaradan sair xəstəliklərə səbəb olur.

Digər tərəfdənsə rütubət və qış fəslində kifayət qədər istiliyin olmaması soyuq dəymənin, öskürəyin ağır tənəffüslü xəstəliklərin xüsusən də, uşaqlarda çoxalmasına səbəb olur.

Bütün bu qeyd olunan vəziyyətlər üst-üstə yığılaraq insan sağlamlığını çətinliklə üzləşdirir.. Buna görə də xümsü verməkdən yaranan bu yoxsulluğun, sağlamlığa və yaşayışa təsirləri olaraq, cismi və ruhi sağlamlığı öz təsiri altına alır.

Əgər hər bir cəmiyyətdə xalqın yoxsulluğunu aradan qaldıra bilən qanuna uyğun nizam olsaydı, yoxsulluq nəticəsində yaranan xəstəlik və ölüm kimi çətinliklər yox olar və cəmiyyət sağlam qalardı.

İslam dini bu çətinliyi müxtəlif yollarla o cümlədən xüms və zəkatı verməklə aradan qaldırmışdır. İmam Kazim (ə) bu barədə buyurur: "Allah-təala zəkatı yoxsulların təmin edilməsi və sizin dövlətinizin artması üçün qərar verilmişdir."

Bütün insanlar xüms və zəkatlarını versələr yoxsulluq yer üzərindən silinər və nəticədə kasıblıq ücbatından yaranan xəstəliklərin kökü kəsilərdi.

Xüms və zəkatı ödəməklə necə mal-dövlətimiz artır?

İmam Kazimin (ə) "zəkatı verməklə sizin var-dövlətiniz artır" deyə buyurması, insan şüuri ilə dərkedilməzdir. Necə ola bilər ki, insan öz malını verməklə yanaşı onun malı artsın?

Cavab:

Əvvəla: Bizim şüurumuz bir çox şeyləri dərk edə bilmir. Əgər Allah tükənməz qüdrəti ilə hər hansı bir şeyi iradə edərsə, o qeyri-mümkün olmayacaqdır. Necə ki, o xüms və zəkat verən şəxsin malının artmasını istəmiş və iradə etmişdir.

İkincisi: Müəyyən bir şeyin bir tərəfdən azalaraq digər tərəfdən çoxalmasının nümunələrini yaşadığımız təbiət aləmində də tapmaq olar. Misal olaraq, bağban ağacın artıqlarını budadıqda, ilk baxışda ağacdan nəsə azalır, halbuki o ağac daha da mahsuldar olur.

B) Zəkat verənin sağlamlıq və uzunömürlülüyü

Əvvəla: İnsan toplumsuz yaşaya bilməyən ictimai bir varlıqdır. Bu baxımdan insanlarla əlaqə yaratmaq məcburiyyətindədir. Məhz buna görədir ki, xümslərin verilməməsi nəticəsində bir qrup insan kasıbçılığa, xəstəliyə düçar olarsa, bu xəstəlik bizim də yaxamızdan yapışacaqdır.

Misal olaraq dünyada yayılmış hətta varlıların da düçar olduqları xəstəliklərin bəzisinin səbəbi, kasıb Afrika ölkələridir. Onlar imkanları olduqları vaxt o xəstəliyi müalicə edə bilər və başqa ölkələrə yayılmasının qarşısısnı ala bilərdilər.

Eləcə də öz ətrafımızda xəstəliklərini müalicə edə bilməyən və sonda xəstəliklərini bizə də keçirən kasıb adamlar heç də az deyil.

Məsələn hər hansı bir yoluxucu xəstəliyə və ya kiçik bir soyuqdəyməyə düçar olaraq məktəbə getsələr, bizim övladlarımız da çox keçmədən bu xəstəliklərə yoluxacaqdır.

İkincisi: Statistika göstərir ki, varlı adamların bıçaqlanmaları və ölümləri çoxlu var-dövlət və xümsü ödəməməklə yaranan kasıbçılıq nəticəsində baş vermişdir.

Çünki xümslər ödənilmədikdə, sinfi ayrı-seçkilik artır, bu isə bir çox oğurluqların amilidir. Bəzən kasıb pullunun evinə oğurluğa keçir və varlı şəxs müqavimət etdikdə kasıb tərəfindən bıçaqlanır və ya şiddətli şəkildə döyülməyə məruz qalaraq öz sağlamlığını əldən verir.

Yuxarıda söylənilənlərdən əlavə, hamı üçün faydalı olan onun başqa müsbət təsirini də qeyd etmək olar. O isə budur ki, zəkatın mərcəi-təqlidin izni ilə xərclənmə yerlərindən biri də, İmam Sahib əz-Zaman ağanın razı olduğu yerdir.

Başqa sözlə desək, Allah yolunda (fi səbilillah) xərclənməlidir. Yəni bütün xeyir işlərdə, o cümlədən: məscid tikmək, körpü qurmaq, məktəb və xəstəxana tikmək və s. üçün məsrəf edilə bilər. Heç şübhəsiz ki, belə bir xeyir işlər fərdin və cəmiyyətin sağlamlığında necə müsbət təsirlər qoyacaqdır.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031