Quranı-Kərimin Haman möcüzəsi – Məşhur arxeoloqun etirafı
Mьəllif: admin1
Tarix: 3-04-2018, 22:39
Quranı-Kərimin Haman möcüzəsi – Məşhur arxeoloqun etirafı
Hamanın adı Quranda 6 dəfə keçib. Bəzi şərqşünaslar dinə irad olaraq iddia ediblər ki, “Haman tanınmış əhəməni şahı I Kserksin (Xəşayar Şah) vəziri olub və Məhəmməd Peyğəmbər səhvən onu fironun vəziri kimi qələmə verib.”

Birinci növbədə bildirmək lazımdır ki, tarixdə Haman adlı şəxsin yalnız bir nəfər və onun da İran şahının vəziri olmasını iddia etmək absurd məsələdir. Ola bilər ki öncəki zamanlarda da Haman adında bir şəxs olsun.

İkinci növbədə isə bildirmək lazımdır ki, Quranda fironun vəziri olaraq Haman adının keçməsi irad deyil əslində bir möcüzədir.

Bunun izahı belədir:

Fironun vəziri və yardımçısı olaraq Haman adı yalnız Qurani-Kərimdə keçib. Haman adlı belə bir şəxsin adı Tövrat və İncildə yoxdur. Bu məsələ fransalı alim Muris Bukayın diqqətini cəlb edib. O bu ad haqqında araşdırma aparıb.

Bunun üçün Misir tarixi ilə məşğul olan çoxsaylı alimlərə, arxeoloqlara müracitə edib. Onlardan istəyib ki Haman kəlməsini Misir heroqlif yazısı əsasında tərcümə etsinlər.

Misir tarixini araşdıran alimlərdən biri Muris Bukaya “Yeni İmperiyada ölən şəxslərin qamusu” adlı kitabını gətirir. Onlar bu kitabda Haman kəlməsinin tərcüməsi olaraq “daş qayaları fəhlələrinin nəzarətçisi” ifadəsinə rast gəlirlər.

Bu zaman Muris Bukay Misir tarixini araşdırana alimə deyir:

Əgər indi mən sənə desəm ki 1400 il bundan öncəyə aid bir əlyazma tapmışam ki orada fironun memar və mühəndis vəziri olan Hamandan söz açılır, onda sən nə edərsən?!

Tarixçi alim deyir: “Bu mümkün deyil. Onun (Haman) adı qədimi Misir daşlarının üzərində özü də heroqlif əlifbası ilə yazılıb. İndi o daşlardan biri Vyanada Təbiət-Tarix müzeyindədir.

Hamanın heroqlif yazısı əsasında və o əlifbanın şifrələrinin çozülməsi ilə oxunmasını ilk dəfə 1882-ci ildə həyata keçiriblər. İndi sən mənə de görüm Fironun vəziri Hamanın adı hansı əlyazmada keçib?”

Bu zaman Muris Bukay Quranı-Kərimi açıb onun qarşısına qoydu və bu ayələri ona göstərib dedi: Al sənə Məhəmmədin möcüzəsi!

“Və onları yer üzündə (Misirdə, Şamda) yerləşdirib möhkəmləndirək, Firona, (vəziri) Hamana və ordularına onların qorxub çəkindikləri şeyi (İsrail oğullarından birinin əli ilə məhv edilib hakimiyyətlərinə son qoyulmasını) göstərək.” (Qəsas - 6)

“Firon (istehza ilə) dedi: 'Ey əyanlar! Mən sizin üçün özümdən başqa bir tanrı olduğunu bilmirəm. Ey Haman! Mənim üçün od qalayıb palçıqdan kərpic bişir və bir qüllə tikdir ki, (ora qalxıb) bəlkə, Musanın tanrısına tamaşa edim. Axı mən onu, həqiqətən, yalançı sayıram!” (Qəsas-38).



(İslaminSesi)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930