Meysəm Təmmarın nəslindən olan Əli (ə) aşiqi, dinsiz iddiaçını necə ifşa etdi
Mьəllif: admin1
Tarix: 18-03-2016, 20:37
Meysəm Təmmarın nəslindən olan Əli (ə) aşiqi, dinsiz iddiaçını necə ifşa etdi

Əli ibn Meysəm, Meysəm Təmmarın nəslindən olub, İmam Əliyə (ə) aşiq bir insan idi. Elm və biliyi dillər əzbəri idi. Bir gün həmin dövrün vəziri Həsən ibn Səhlin məclisinə daxil olur.
Adətən buraya alimlər mübahisə və bəhs etmək üçün yığışardılar. Bir nəfər dinsiz və imansız insanı görür ki, məclisin ən gözəl yerində əyləşibdir və bu vəzir tərəfindən xüsusi ehtirama layiq görülür. Bu imansız şəxs danışmağa başladı və öz elmini həya etmədən insanlara bəyan edirdi. Başqaları sadəcə ona qulaq asırdı və sanki ona cavab verməyə aciz və gücsüz idilər.

Məclis əhlinin bu insanın batil sözləri qarşısında susması Əli ibn Meysəmi özündən çıxardır. Haqqı müdafiə etmək üçün irəli gəlir və deyir: “Ey vəzir! Bu gün hökumət və dövlətin vəziyyətini sarayın bayırından çox qəribə gördüm”. Həsən ibni Səhl deyir: “Nə gördün?”. Əli cavab verdi: “Dəclənin kənarında müşahidə etdim ki, bir gəmi kapitanı olmadan insanları oraya mindirir. Dəclənin bu tərəfindən o biri tərəfinə aparır. O tərəfdəki müsafirləri də bu yolla bu tərəfə gətirir.”
Həmin imansız şəxs Əli ibn Meysəmi əzmək niyyətilə vəzirə deyir: “Belə görünür ki, bu insanın zehnində çatışmamazlıq və nöqsan vardır ki, dəlilərin sözünü dilinə gətirir”. Əli üzünü həmin şəxsə çevirib deyir: “Bu, qəbul ediləsi deyildir ki, müsafirlə dolu olan bir gəmi kapitanı olmadan çayın üzərindən keçsin”. Həmin şəxs deyir: “Yox, bu, heç cür ola bilməz”. Əli deyir: “Bəs necə ola bilir ki, bu cür geniş varlıq aləminin dənizində bu qədər məxluq və varlıqlar hərəkətdədir? Bu ulduzlar və planetlər Həkim və Alim hərəkət verəni olmadan fırlanırlar? Ey, elm iddiaçısı! Sən bir gəminin kapitan olmadan çayın bir tərəfindən başqasına keçməsini mümkünsüz hesab edirsən, ancaq bu sonsuz hərəkət edənlər üçün hərəkət etdirənin lazımsız olduğunu söyləyirsən?! İndi diqqət et və düşün ki, bizlərdən hansımız mümkün olmayanı iddia edirik”.
Bu imansız şəxs Əli ibn Meysəmin məntiqli dəlilləri qarşısında aciz qalır və xəcalət çəkib başını aşağı salır. Başa düşür ki, bu gəmi məsələsi onu istehza etmək üçün deyilmişdir. (Erfan)

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930