Mütəal Allah Quranda kimlərə və nəyə görə and içir?
Mьəllif: admin1
Tarix: 2-10-2020, 10:19
Mütəal Allah Quranda kimlərə və nəyə görə and içir?
Qurani-Kərim bir ilahi kitab olaraq Allahın bəşərə rəhmətidir. Rəhmətdir ona görə ki, Allah Təala bu kitabdə bəşərə nicat və xilas yolu bəyan edib, rəhmətdir ona görəki bu kitabda mənəviyyatı işıqlandıran bir ilahı nur, ilahi qüvvə vardır.

Quran ecazkarlığından biri də kitabın maarif yönümlü olması ilə bərabər güclü mənəvi cazibə və təsir gücünə malik olmasıdır.

Həmçinin Quran sirlərlə dolu bir kitabdır ki, bu sirlər zaman-zaman elm inkişaf etdikcə dərk edilib, başa düşülür. Bu sirli və eyhamlı mətləblərdən biri də Quranda Uca Allahın and içməsidir.

Halbuki Allahın, bizim adi bildiyimiz göy cisimlərinə və ya adi bir meyvələrə and içməsinə ehtiyac varmı? Təbii ki, Mütəal Allahın and içməyə, bizi inandırmağa ehtiyacı yoxdu. Elə isə bu kimi andların arxasında hansı mətləblər durur?

Öncə xatırladaq ki, Quranda 100-dən artıq müxtəlif formalarda andlar vardır. Yəni müxtəlif üslublarla and içilir. Həmçinin bu andların da meyvə, insan, heyvan və sair kimi müxtəlif mövzuları vardır. Quranın and içdiyi mövzular əsasən aşağıdakılardan ibarətdir:

Allaha and,

Qurana,

Peyğəmbərə, qiyamətə,

İnsana, zamana, məkana,meyvələrə, heyvanlara və sair...

And içmək əsasən insana aid olan bir anlayışdır. İnsan öz andı ilə bir neçə mətləbi nəzərə açdırnaq istəyir bunlardan biri qarşı tərəfi iandırmaq, digər bir mətləb isə and içilən bir şeyin əhəmiyyəti. Məsələn öz canına and içən insan həm inandırmağa, həm də öz canının əhəmiyyətinə işarə etmətməyə çalışır.

Allah Təalanın Quranda and içməsinə gəlincə isə təfsir alimləri aydınlıq gətirərək, bunu bir neçə mətləblə əlaqələndirmişlər:

1)Quran and içməklə, and içdiyi şeyin mətləbinin əhəmiyyətinə təkid etmiş olur. (Təfsiri-mizan. Əllamə Təbatəbai)

2) Quran bir şeyə and içməklə, o şeyin əzəmət və şərafətini xatırlatmağa çalışır. (Təfsiri-mizan. Əllamə Təbatəbai)

3)Ola bilsin ki, and içilən bir şeydə başqa bir mətləb üçün dəlil və sübut vardır. (Təfsiri-mizan. Əllamə Təbatəbai)

4)Quranın and içməsində iki mühüm fayda vardır: Biri and içilən mətləb üzərində təkid, ikincisi and içilən şeyin əzəmət və əhəmiyyətinə işarə etmək, yada salmaqdır. Bəzi mətləblər vardır ki, Allah Təala onu təkidlə yad edib. Hətta bir surədə (Şəms) 11 dəfə and içilib. (Təfsir-nümunə)

Qeyd: Deyilənlərdən aydın olur ki, Qurandakı andlaran hədəf:

Mütəal Allah insanla insanın dilində, insanın üslubunda danışır,

And içilən şeylərin özünü əzəmətini və yaradanının qüdrətini bəyan edir,

And içilən şeyin mahiyyətinə təkidlə diqqət çəkir,

And içilən şeyin özündə hələ bilmədiyimiz nə qədər mətləblərə işarə edir ki, zamanla aydın olar! (And olsun göyə və Tariqə! (gecə gələnə!) Sən nə bilirsən (haradan bilirsən) ki, gecə gələn (Tariq)nədir?! -Tariq surəsi).
(İslaminSesi)

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930