Heyvanlardan behiştə gedənləri olacaqdırmı?
Mьəllif: admin1
Tarix: 22-02-2018, 14:48
Heyvanlardan behiştə gedənləri olacaqdırmı?
Əgər hədis və Quran ayələrinə baxsaq, görərik ki, heyvanlar da insanlar kimi Qiyamət günü hesab verəcəklər.

“Yer (üzün)də elə bir hərəkət edən heyvan və iki qanadı ilə uçan elə bir quş yoxdur ki, (yaradılışının hədəfi, ömür müddətinin müəyyənləşdirilməsi, nəslinin artımı və həyat tərzi baxımından) sizin kimi ümmətlər olmasınlar. Biz Öz kitabımızda (bəyan etmək baxımından Lövhi-Məhfuz kitabında və yaratmaq baxımından Təkvin kitabında) heç nəyi nəzərdən qaçırmamışıq. Sonra onlar (Qiyamət günü) hamılıqla (öldükləri yerlərdən) öz Rəbblərinə tərəf toplanılacaqlar”. (“Ənam” 38).

Əbuzər nəql edir ki, biz Həzrət Peyğəmbərin (s) xidmətində idik və iki keçi bir-birini buynuzları ilə vururdu. Həzrət (s) bizdən soruşdu: “Bilirsinizmi ki, onlar bir-birini niyə buynuzları ilə vururlar?”. Orada olanlar dedilər: “Xeyr”.

Həzrət (s) buyurdu: Ancaq Allah bilir və tezliklə aralarında hökm verəcəkdir”.

Həzrət Rəsuli-Əkrəmdən (s) gələn başqa hədisdə oxuyuruq ki, buyurub: “Qurbanlıq heyvanlara yaxşılıq edin, çünki onlar sizin Siratdan keçmək vasitənizdir”.

Yuxarıdakı Quran ayəsindən və Peyğəmbərdən (s) gələn hədislərdən belə qənaətə gəlmək olur ki, heyvanlar da Qiyamət günü həşr olacaq və onlar da hesab verəcəklər. Ancaq hansının behiştə daxil olacağı barəsində dəqiq məlumat yoxdur.

İmam Sadiqdən (ə) belə bir hədis vardır ki, buyurur: “Hər kim dəvəsi ilə üç dəfə həcc ziyarətinə gedər, dəvəsi behiştlik olar”.

Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: “Müharibə üçün təqdim olunan atlar, behişt atları olacaqlar”.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930