Qiyamət günü kimlərə “Allahın qonşuları” deyiləcək?
Mьəllif: admin1
Tarix: 29-05-2021, 10:11
Qiyamət günü kimlərə “Allahın qonşuları” deyiləcək?

Bütün behişt əhli İlahi rəhmətə şamil olur. Ancaq İslami mənbələrdə bəzi behişt əhli “Allahın qonşusu” deyə adlandırılıb.

Həzrət Peyğəmbər (s) bu haqda buyurur: “O zaman ki, Qiyamət bərpa olar, Allah bütün insanları bir diyarda toplayacaqdır. Allah tərəfindən olan nidaverən elə səslənəcəkdir ki, bütün insanlar eyni zamanda eşidəcəklər. Nidaverən deyəcəkdir: “Sabirlər haradadır?”.

Bu zaman bir qrup yerindən qalxacaqdır. Bir qrup mələklər də onları qarşılayacaqdır. Deyəcəklər: “Sizin səbiriniz nə idi?”, Onlar deyərlər: “Biz Allaha itaətdə nəfsimizi səbir etməyə məcbur etmişik. Onun günahına da səbir etmişik”.

Bu zaman nidaverən deyəcəkdir: “Onların yolunu açın ki, behiştə daxil olsunlar. Onlar üçün hesab yoxdur”.

Ondan sonra Allah tərəfindən olan başqa bir nidaverən elə səslənəcəkdir ki, bütün insanlar eyni zamanda onun səsini eşidəcəklər.

Deyəcəkdir: “Fəzl əhli haradadır?”. Bir qrup yerindən qalxacaqdır. Bu zaman bir qrup mələklər onları qarşılayacaqlar.

Deyəcəklər: “Sizin fəzliniz nə idi ki, onunla çağırılırsınız?”.

Deyərlər: “Dünyada bizimlə cahilcəsinə rəftar edərdilər. Ancaq biz dözdük. Bizə pislik edildi, lakin biz güzəşt etdik”.

Allah tərəfindən olan nidaverən deyər: “Mənim bəndələrim düz deyir. Yollarını açın ki, behiştə daxil olsunlar. Onlar üçün hesab yoxdur”.

Bundan sonra Allah tərəfindən olan başqa bir nidaverən elə səslənəcəkdir ki, bütün insanlar eyni zamanda onun səsini eşidəcəklər.

Deyəcək: “Allahın qonşuları haradadır?”. Bu zaman bir qrup yerindən qalxacaqdır və bir qrup mələklər də onları qarşılayacaqdır.

Deyəcəklər: “Siz dünyada nə etmisiniz ki, bu gün Allahın qonşusu olmusunuz?”.

Onlar deyərlər: “Biz Allah yolunda bir-birimizlə dost idik. Biz Allah yolunda bir-birimizə infaq edirdik. Biz Allah yolunda bir-birimizin arxası idik”.

Bu zaman Allah tərəfindən olan nidaverən deyər: “Mənim bəndələrim düz deyirlər, yollarını açın ki, hesab vermədən behiştə daxil olsunlar. Onlar hesab vermədən behiştə daxil olarlar”.

İmam Baqir (ə) buyurur: “Onlar Allahın evində Allahın qonşularıdır. İnsanlar qorxan zaman onların heç bir qorxusu olmaz. İnsanlar hesaba çəkilən zaman onlar hesab verməzlər”.

Molla Saleh Mazandarani Allahın qonşuları haqqında deyir: “Carəllah o kəsdir ki, Allaha pənah aparsın, dərgahında ah-zar etsin. Bütün işlərində Allaha etimad etsin”.

Əllamə Məclisi bu haqda buyurur: “Allahın qonşusu - yəni Allaha itaət və bəndəlik yolu ilə yaxınlaşmaqdır və ya o kəsdir ki, Allah ona əzabından pənah vermişdir. Ya o kəsdir ki, bütün müşkül və giriftarlıqlarda Allahın himayəsindədir”.

Bu deyilənlərdən belə nəticə çıxartmaq olar ki, Allahın Qiyamət günü qonşuları adlanacaq bunlardır: sabirlər, güzəşt edənlər, Allah yolunda infaq edənlər və o kəslər ki, bütün işlərində ancaq Allaha təvəkkül edərlər. O kəslərdir ki, Qiyamətin əzabına görə Allah dərgahında ah-zar edərlər.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031