Oğul bu insanlardan uzaq ol ki zərər görməyəsən! – İmam Əli (ə)
Mьəllif: admin1
Tarix: 29-05-2021, 23:10
Oğul bu insanlardan uzaq ol ki zərər görməyəsən! – İmam Əli (ə)
Əhli-Beyt (ə) məktəbi elm və hikmət məktəbidir. Bu məktəbin əsası Quran və Peyğəmbər (s) sünnəsi (davranışı) əsasında bərqərar olmuşdur.

Bu məktəbin müəllimləri Allahın yer üzündə təyin etdiyi hüccət və imamlarıdır. Onlar (ə) heç kimin yanında oxumamış, heç kimdən təhsil almamışdır. Onların (ə) müəllimi Mütəal Allahdır!

“Allah istədiyi şəxsə hikmət (elm, mərifət, müdriklik) bəxş edər. Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir verilmişdir. Bunu ancaq ağıllı adamlar dərk edərlər!” (Bəqərə-269).

İmamət dedikdə ilk yada düşən Hz. Əli (ə) olur. Hz.Əlinin (ə) ədaləti, şücaəti, mərhəməti dillər əzbəri olduğu kimi elm və biliyi də heyrətamizdir.

O Həzrətin (ə) həyatına diqqət etdikdə bir çox elmi mətləblərin üstünü açdığına, qeybdən xəbəri olduğuna şahid oluruq. Bu bir daha onu göstərir ki, Peyğəmbərlərin (ə) və İmamların (ə) elmi öyrənməklə deyil Allah Təala tərəfindəndir.

İmam hikmət dolu nəsihətlərinin birində buyurur:

Oğlum sənə nəsihət edirəm (bu cür insanlardan çəkinəsən, dostluq etməyəsən)!:

1-Axmaqla dostluqdan çəkin! İstər sənə xeyir versin, amma zərəri dəyər.

2 - Paxıl adamla dostluqdan çəkin! Ona ehtiyacın olduğu zaman səndən əsirgəyər.

3 – Bədəməl şəxslə dostluqdan çəkin! Çünki səni ucüz qiymətə satar.

4 – Yalan danışanla dostluğdan çəkin! Çünki o, ilğım kimidir. O uzağı sənə yaxın, yaxını uzaq göstərər.

(Nəhcul-bəlağə. Hikmət-38).


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930