Quran və hədislərdə yoldaşlığı qadağan edilmiş şəxslər
Mьəllif: admin1
Tarix: 21-08-2016, 10:09
Quran və hədislərdə yoldaşlığı qadağan edilmiş şəxslər
Mömin Allah istədiyi yerdə olmalı, onun istəmədi yerdən isə uzaq durmalıdır. Müsəlman elə bir yerdə oturmamalıdır ki onu təhqir etsinlər. Bir müsəlman özünü töhmətli yerlərdə göstərərsə daha sonra ona qarşı pis fikirdə olanlardan incimyə haqqı belə yoxdur. Çünki mömin ayıq-sayıq olmalı, kimlə və harada otur-dur etməyini yaxşı bilməlidir.

İmam Sadiq buyurur: “Allaha və Qiyamət gününə imanı olan kəs imamın təhqir olunduğu, möminlərə eyb tutulan məclisdə oturmasın.”

"Bidət əhli ilə (dinə bir şey artırıb, dindən bir şey əskildənlərlə) həmsöhbət olmayın və bir məclisdə oturmayın." kimi tövsiyələr də hədislərdə yer alıb.

Bu tövsiyələrə daha çox təkid olunma səbəbi nədən ibarətdir? Buna cavab tapmaq üçün Peyğəmbərin hədisinə baxmaq kifayət edər:

“İnsan öz dostu ilə bir məzhəbdədir.”

Elə isə islam dinində hansı şəxslərlə yoldaşlıq etmək qadağan edilib?

İmam Sadiq İmam Baqirdən belə nəql edir:

“Atam Səccad mənə buyurdu: “Beş zümrə ilə yoldaş, həmsöhbət və dost olma.” Bu beş zümrənin kimlərdən ibarət olduğunu soruşdum. Atam buyurdu: 1-Yalançı ilə yoldaşlıqdan çəkin. O ilğım kimidir, uzağı yaxın, yaxını uzaq göstərər. 2-Fasiqlə yoldaşlıqdan çəkin. O səni bir qarın yeməyə və ya ondan da aza satar. 3-Paxılla yoldaşlıqdan çəkin. Çünki olanını sənə qıymaz, ehtiyaclı olduğun vaxt sənə yardım əli uzatmaz. 4-Axmaqla yoldaşlıqdan çəkin. O sənə xeyir vermək istəsə də, anlamazlıqdan sənə zərər vurar. 5-Yaxınları ilə əlaqəni kəsəndən çəkin. Mən belələrinə Quranda lənət oxunduğunu gördüm."islaminsesi\

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031