Hz. Fatimənin (ə) Əhli-Beyt (ə) dostları üçün etdiyi xüsusi dua
Mьəllif: admin1
Tarix: 5-12-2023, 10:37
Hz. Fatimənin (ə) Əhli-Beyt (ə) dostları üçün etdiyi xüsusi dua
Xanım Zəhra (ə) Peyğəmbərin (s) sevimli qızı, Əlinin (ə) həyat yoldaşı, İmam Həsən və Hüseynin (ə) anasıdır.

Xanım besətin (peyğəmbərliyin) 5-ci ilində cəmadius-sani ayının 20-si Məkkədə dünyaya gəlib. Xanım (ə) müsəlmanlarla bərabər Mədinəyə hicrət etmiş, ömrünün qalan hissəsini Mədinədə yaşamışdır. Lakin Xanımın (ə) şərəfli ömrü qısa olub.

Atasının (s) vəfatından sonra bir ilə qədər ömür sürür. Peyğəmbərin (s) vəfatından sonrakı içtimai ixtilaflar və Xanımın (ə) birinci xələfəyə beyət etməməsi onun (ə) həyatını çətinləşdirir.

Atasından (s) sonra təziqlərə məruz qalan Xanım (ə) hamilə olmasına baxmayaraq əziyyət edilir və nəticədə bətnindəki körpə və özü (ə) dünya ilə vidalaşır.

Hazırda Xanımın (ə) məzarının yeri məlum deyil. Çünki qeyd etdiyimiz hadisələrlə əlaqədar Xanım (ə) gizli şəkildə dəfn edilir.

Xanım (ə) çətin və ağır vəziyətlərlə üz-üzə olmasına baxmayaraq ibadət və dualarını əskiltmir, daima bütün dostları və Əhli-Beyt (ə) sevərləri dua edərdi.

“Koukəbud-durri” kitabında Xanımdan (ə) belə bir dua nəql olunur:

“Ey Allahım və Mövlam! Öz dostlarına və mənim ölümüm vaxtı iki övladımın tökdüyü göz yaşlarına xatir günahkar ardıcıllarımızı və onların övladlarını bağışla!”



(Koukəbud-durri. C-1. S-254)




Yaşar Nuriyev
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930