Xanım Fatimənin (s.ə) mövlud günü - Qadınlar bayramı
Mьəllif: admin1
Tarix: 13-01-2023, 12:39
Xanım Fatimənin (s.ə) mövlud günü - Qadınlar bayramı
Xanım Fatimənin (s.ə) dünyaya gəldiyi gün İslam aləmində ən əlamətdar günlərdən biri hesab edilir.

Hicri təqvimlə cəmadiüssani ayının 20-si dünya və axirət xanımlarının seyyidəsi, Həzrət Rəsulullahın (s) gözünün işığı xanım Fatimeyi-Zəhranın (s.ə) mübarək mövlud günüdür.

Həmin gün İslam aləmində Qadınlar bayramı kimi də qeyd edilir. Xanım Fatimənin (s.ə) dünyaya gəldiyi gün İslam aləmində ən əlamətdar günlərdən biri hesab edilir.

Bu günün müqəddəsliyi o səviyyədədir ki, Allah-taala xanım Fatimənin (s.ə) dünyaya gəlişi münasibətilə Rəsuli-Əkrəmə (s) müjdə verir, bu münasibətlə Qurani-kərimin «Kövsər» surəsini əta edir.

Öz qısa, lakin mənalı həyatı ilə xanım Fatimeyi-Zəhra (s.ə) hər dövrdən olan iman əhlinə, gələcək nəsillərə, ümumilikdə bəşəriyyətə ibrət dolu bir irs qoyur.

Tərbiyə etdiyi İmam Həsən (ə) və İmam Hüseyn (ə), xanım Zeynəb (s) və Ümmü Gülsüm kimi övladları, xanım Zəhranın (s.ə) İlahi kamillik yolunun nümunələrindəndir.

Bu mübarək gün münasibətilə "Gürcüstan Əhli-beyt (ə) cəmiyyəti", həmin cəmiyyətin nəzdində fəaliyyət göstərən "Əhli-beyt (ə) Aşiqləri Forumu" və “Zeynəb (s.ə) Qadınlar birliyi", başda İmam Zaman (ə.f) olmaqla əziz Əhli-beyt (ə) sevər mömin, möminələri və bütün dünya müsəlmanlarını təbrik edir!




Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930