Ustad Həsənzadə Amulinin Uca Allaha yazdığı məktub
Mьəllif: admin1
Tarix: 29-12-2017, 11:08
Ustad Həsənzadə Amulinin Uca Allaha yazdığı məktub
Bu böyük arifin Allahla etdiyi raz-niyazla tanış olaq və ondan biz də bəhrə aparaq.

Arif deyir: “Allahım, öz haqqına görə məni var et və yaradılış günəşinin camalından mənə nur ver!

İlahi, qəlbin sirrini gizlətmək çətindir və demək daha çətindir!

İlahi, illər boyu elə zənn edirdim ki, biz Sənin dininin hafizləriyik. Ancaq indi başa düşdüm ki, Sənin dinin bizim hafizimizdir.

İlahi, necə susum ki, qəlbim qaynamaqdadır. Necə söz deyim ki, ağlım bihuşdur.

İlahi, biz hamımız çarəsizlərik. Ancaq Sən tək çarəsən. Biz hamımız işə yaramazıq, ancaq Sən tək işə yarayansan.

İlahi, başımın ucundan ayağıma qədər Sənin nurunda qərq olmuşam, göydən və yerdən nemətini bol et.

İlahi, Sən var olduğun üçün nə axtarım ki! Və Sən nazir olduğun üçün nə deyim ki!

İlahi, necə deyim ki, Səni tanımamışam ki, tanımışam. Necə deyim ki, tanımışam, tanımamışam ki.

İlahi, Özün agahsan ki, qəlb dənizim get-gəldədir. Ya onu genişləndir, ya da qəbz et.

İlahi, çox insanlar bəndəlik davası ediblər və dünyanı tərk ediblər. Dünya onlara üz çevirənə qədər hamısını ayaq altında əziblər. Bu bəndən hələ gəlməmiş imtahana görə xəcalətlidir. Öz haqqına görə qəlbimi dinində sabit et!

İlahi, gücsüzəm və yolumun üstündə ağır maneələr vardır. Çox sayda yol kəsən pusqudadır və çiynimdəki yüküm ağırdır. Ona görə də məni Sirat yoluna hidayət et. O yola ki, ənam verdiklərini hidayət etmisən, yolunu azmışları və ya zəlil olanları deyil.

İlahi, Günəşinin, Ayının, ulduzlarının üzünə xəcalətliyəm. Ruh və canıma görə xəcalətliyəm. Hətta şeytanın üzündən xəcalətliyəm. Çünki hamısı öz işində mətanətlidir. Ancaq mən əhdində süstlük edirəm.

İlahi, Rəcəb ayı çıxıb getdi və biz özümüzdən keçmədik. Ancaq Sən bizdən keç və bizi bağışla!

İlahi, aqibət necə olacaqdır və əbəd üçün nə etmək lazımdır?!

İlahi, ariflər deyirlər ki, Səni tanıyaq. Cahillər deyirlər ki, nəfsini tanı.

İlahi, hamı Səndən dərman istər, salehlər dərd istər.

İlahi, hamı deyər ver, salehlər deyər al.

İlahi, hamının başı rahat olar, salehlərin qəlbi rahat olar.

İlahi, əgər getdiyim yolda desən ki, Səni həmin yolda tapmadım – nə edərəm!

İlahi, əgər elmim yolkəsənim və kitabım maneə pərdəsi olarsa, vay olsun mənə!”.

Allah Təala bizləri Onu tanıyanlardan qərar versin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930