Şəhid Baqir Nimrin qızı: "İlahi, bu qurbanı bizdən qəbul et!"
Mьəllif: admin1
Tarix: 17-01-2016, 17:36
Bцlmə: Xəbərlər
Şəhid Baqir Nimrin qızı: "İlahi, bu qurbanı bizdən qəbul et!"
İslamazeri.az-ın “Al-Aləm”-ə istinadən verdiyi xəbərə əsasən, Şeyxin Zeynəb adında qızı şəhid olmuş atasına məktub ünvanlayıb.
Məktubu təqdim edirik:

“Atacan! Əmmamənin toz-torpağı izzət və hörmətə səbəb olurdu.

Ey şəhidlərin iftixarı! Sənin addımların Allah yolunda azadlıq üçün idi və bu yolda kimsənin danlamasında çəkinmədin. Zalımların sənə qarşı olan zülmü Allaha olan sevginə, tovhid, sədaqət və ixlası əməlinə görə idi. Allah səni uca məqamlı alimlər sırasına daxil etdi və peyğəmbərlər və imamlar kimi sənə də şəhadət qismət etdi. Buna görə Allaha minnətdaram. Hamının qayıdışı ona tərəfdir. Səndən sonra bizə vacibdir ki, səndən geri qalmış saplarla özümüzə nurani bir əba tikərək, paklıq və təharət yolunda addımlayaq. Bizə vacibdir ki, sənin kimi daima Allahı xatırlayaq. Çünkü Allahla olan haqq sözü deməkdən çəkinməz, qorxmaz.

İlahi sənə həmişə şükr edir və nemətlərinə görə həmd edirəm. Biz daima buna görə şükür namazı qılacağıq.

İlahi, bu qurbanı bizdən qəbul et. İlahi əgər bu iş sənin razılığına səbəb olacaqsa bacardığın qədər bizdən can al!”



Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031