Aqibətin xeyirli olması üçün 3 məsələ
Mьəllif: admin1
Tarix: 19-07-2017, 09:37

 

İmam Sadiq (ə) tərəfdaşlarından birinə məktub yazır və buyurur ki, əgər aqibətinin xeyirli olmasınıistəyirsənsə, gərək 3 işi yerinə yetirəsən.

"1. Allahın haqqını böyük hesab et və Allahın nemətlərini günaha sərf etmə. Bu insanın aqibəti xeyirli olar.

2. Əgər aqibətinin xeyirli olmasını istəyirsənsə, Allahın mülayimliyinə görə məğrur olma.

3. Əgər aqibətinin xeyirli olmasını istəyirsənsə, o kəs ki, bizə aiddir, sevgisini izhar edir – ona ehtiram göstər”.

 

Allah insana çox sayda nemətlər vermişdir ki, kamala çatmaq yolunda onlardan bəhrələnsin. Əgər bu nemətlərdən itaət yolunda istifadə edəriksə və günaha sərf etməriksə, o zaman aqibətimizin xeyirli olması üçün fürsətimiz artar.

Allah Təala insana qarşı mehriban və mülayimdir. Ancaq Allahın bu mülayimliyindən sui-istifadə etmək olmaz. Hədislərin birində oxuyuruq ki, o zaman ki, bəndə günah edər, Allah bəndə ilə özü arasında 40 pərdə salar. Bu, Allahın lütfünə və mehribanlığına görədir. Ona görə də insan çalışmalıdır ki, Allahın mülayimlik kasasını daşdırmasın.

Abırı aparmaq – ən pis əməldir. İstər Əhli-beyt (ə) davamçısı olsun, istər minbər əhli, istərsə də ruhani. Hər kim bu insanlara ləkə yaxmağa çalışar, əslində dinə ləkə yaxmaq istəyər. Hədis buyurur: "O şey ki, doğrudur, siz (yenə də) nəql etməyin”. Başqalarının abrını qorumaq – özü bir ibadətdir.

 

/Deyerler.org/

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031