Niyə aqibətin xeyirli olmasına görə nigaran olmaq lazımdır?
Mьəllif: admin1
Tarix: 7-06-2016, 13:36
Niyə aqibətin xeyirli olmasına görə nigaran olmaq lazımdır?

İnsan varlığına iki qüvvə qoyulmuşdur: xeyir və şər qüvvəsi. İnsan onların birini seçməkdə ixtiyar sahibidir. Necə ki, xarici hidayət edənlər onu düz yola yöləndər, daxili hidayət edənlər də onu Siratül-müstəqim yoluna itiqamətləndirər.
Şeytan (lən) səy göstərir ki, insan yolunu azsın və əmmarə nəfs şeytana xidmət edərək, insanları ancaq pis əməllərə tərəf çəkir. İnsan azad iradəyə malik bir varlıq olduğu üçün, hansı yolu seçməsi öz ixtiyarındadır. (Erfan)
“Həqiqətən, onu (yaradılış və şəriət hidayəti ilə həyatı boyunca) düz yola yönəltdik – istər şükür edən olsun, istərsə də nankor”. (“İnsan” 3).
Yuxarıdakı ayədən belə nəticə çıxartmaq olur ki, insan muxtardır və istəsə şakir ola bilər, istəsə nankor. Bu iki qüvvə daima mübarizədədir və hansı qalib gəlsə, insanı o tərəfə çəkər.
Mömin insan ona görə Allaha yaxındır ki, şeytanın dəvətlərindən çəkinər və Allahın əmrlərinə qulaq verməyə çalışar. Əgər insanı yolundan azdırmaq mümkün olmasaydı, daxilində onu pisliklərə dəvət edən qüvvə də olmazdı. Allah bəndəsi olmağının da heç bir mənası olmazdı. Bu iki qüvvə insan batinində daima davadadır. O zamana qədər ki, insan həyatdadır və sağdır – bu dava davam edəcəkdir.
Mömin insan aqibətinin pis olacağına görə həmişə nigarandır. Ona görə də etdiyi duaların başında aqibətinin xeyirli olması durar.
Ayətullah Behcət aqibətindən nigaran olmasını belə dilə gətirir: “O şeyə ki, Müaviyyə və Yezid bil-fel (yerinə yetirmişdilər) malik idilər, biz bil-qüvvə (yəni onu yerinə yetirmək istedadına malik olmaq) malikik. Özümüzlə çox qürurlanmayaq. Belə deyildir ki, onlar cəhənnəmdən gəliblər, biz behiştdən. Allaha pənah aparıram”.
“Ədilə” duasında oxuyuruq: “Allahım, Sənə pənah aparıram ölən zaman (din və imandan) udul etməyə görə”.
“Əbu Həmzə Sumali” duasında oxuyuruq: “Allahım! Məni Allah yolunda və Rəsulunun (s) dinində öldür”.
Aqibətin xeyirli olması üçün edilən dualara bənzər Quran ayələri də vardır. O cümlədən: “(Onlar deyərlər:) «Ey Rəbbimiz, bizi doğru yola yönəltdikdən sonra qəlblərimizi azdırma və bizə Öz tərəfindən bir rəhmət bəxş et, çünki, çox-çox bağışlayan Sənsən!»”. (“Ali-İmran” 8).
Əgər Ayətullah Behcət kimi bir alim aqibətinin xeyirli olmasından bu qədər nigarandırsa,bizlər gərək xüsusilə diqqət göstərək. Bu, onu göstərir ki, azğın şeytan (lən) insanın yaxasını son nəfəsinə qədər buraxmır və onu bu dünyadan imanlı halda göndərmək istəmir. Hətta bu böyük alim belə, lənətlik şeytanın hiylələrindən qorxur və nigarandır.
Ona görə də heç kəs gərək son nəfəsinə qədər iman və təqvasına bel bağlayıb, arxayın olmasın. İnsanın taleyi hər an dəyişə bilər. Gərək özümüzlə qürurlanmayaq, çünki aqibətimizin necə olacağını heç kəs bilmir.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930