Aqibətin xeyirli olması ilə bağlı İmam Sadiqin (ə) dostlarına yazdığı məktub
Mьəllif: admin1
Tarix: 13-07-2017, 22:32

 Aqibətin xeyirli olması hər kəs üçün önəmli məsələdir. Sözsüz ki, hər bir fərd həm öz aqibətinin, həm də digər yaxınlarının aqibətinin yaxşı olmasını istəyir. Bu istək insanın fitrətindən qaynaqlanan bir istəkdir. Hətta demək olar ki, bu dua və istək peyğəmbərlərin (ə), Allah dostlarının, saleh bəndələrin ən diqqət etdiyi məsələdir. Çünki aqibətin xeyirliliyi sonda Rəbbin rizasında bitir. Aqibətin xeyirliliyi Qurani-Kərim ayələrində də peyğəmbərlərin(ə) dilindən deyilən ən mühüm dualardandır.

 

Ey Rəbbimiz! İndi günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç və canımızı yaxşı əməl sahibləri ilə bir yerdə al ! Ali İmran-193


Müsəlman olaraq mənim canımı al Allahım! Yusif-101


Məni salehlərə qovuşdur Allahım ! Yusif-101

 

Həzrəti İmam Sadiq (ə) öz dostlarının, onları sevənlərin aqibətinin gözəl olması üçün, sonda İlahi rəhmətə yetişmələri üçün, yaxın dostlarına tövsiyyə məktubu göndərir. İmam (ə) yazır: Əgər istəyirsinizsə son aqibətiniz xeyirlə bitsin, o zaman üç əmələ diqqət edin, onları yerinə yetirin:

 

1. Allahın haqqını böyük tüt (bil)!

 

Allah Təalanın nemətlərinə qarşı diqqətli ol, nemətləri günah yollarda zay etmə. Allah Təala bu nemətləri bizə itaət və Allahı tanımada vəsilə olaraq əta etmişdir.

 

2. Allahın helmi səni aldatmasın!


Allah Təala Həlimdir. Öz bəndələrinə qarşı mərhəmətlidir. Günah müqabilində səna qarşı olan ilahi qəzəbin yetişməməsi səni arxayın eləməsin. Çünki Allah Təalanın eyibləri örtən olmasını bilməlisən. Hədislərdə varid olub ki, Allah Təala bəndənin abrını örtür, bu onun rəhmət və helmindən olan bir lütfdür.

 

3. Bir kəs bizə olan məhəbbətini aşkar eləsə, özünü bizə nisbət versə ona qarşı ehtiramlı ol. Hərçəd yalan desədə. Sən doğru olduğunu niyyət elə (hüsnü zənn et) ona ehtiram et! (Uyunu əxbari Rza. Cild-2. Səh-4)

 

Aqibətin xeyirlə bitməsi hər kəs üçün önəmli məsələdir. Bunun üçün hər gün, hər namazdan sonra, hər bir halımızda əsas diqqət etməli olduğumuz, əsas istəməli olduğumuz mətləbdir. Bu barədə həm Quran ayələrində, həm də mötəbər hədislərimizdə çoxlu tövsiyyələr vardır ki, onlara diqqət etməklə, əməl etməklə insan öz aqibətini xeyirə çatdıra bilər.

 
 

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031